Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31

Belaruslu hüquq müdafiəçisi: "Əliyev rejiminə qarşı..."


-

"İlk olaraq siyasi sanksiyalar, bəlkə həm də hansısa iqtisadi sanksiyalar tətbiq olunmalıdır ki, onlar bir az özlərini yığışdırsınlar."

Belarusdan olan keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Ales Bialiatski AzadlıqRadiosuna müsahibə verib. O, Azərbaycanla Belarusun hazırki durumunu müqayisə edib. Siyasi məhbuslar və onların azad olunma yollarından danışıb.

"İNTİQAM ƏLİYEVLƏ YERİMİZİ DƏYİŞDİK"

- Azərbaycanda insan haqlarının vəziyyəti pisləşəndə deyirdilər ki, ölkə Belarusa çevrilir. İndi Belarusda siyasi məhbus yoxdur. Azərbaycanda isə artıb. İndi necə deyərdiniz?

- Belarusda son bir ayda bütün siyasi məhbusları azad ediblər. Belarus indi o qədər təmiz yerdir ki, adamın inanmağı belə gəlmir. Bizdə də son 20 ildə məhbəsdə yatanlar vardı. İndi heç kim yoxdur.

20 ildir hüquq müdafiəsi ilə məşğul olan adam kimi bilirəm ki, bu belə davam etməyəcək. Bizdə indi prezident seçkiləri dövrüdür və Belarusda iqtisadi vəziyyət bərbaddır, Lukashenkoya Avropadan pul və investisiya lazımdır.

Ən önəmlisi odur ki, Avropa Birliyi son beş ildə sərt və qeyd-şərtsiz Belarusun qarşısında siyasi məhbus məsələsini qoymuşdu.

İntiqam Əliyev və Leyla Yunus

İntiqam Əliyev və Leyla Yunus

Təxminən 200 məmur və Lukashenkonun özü Avropaya buraxılmırdı. Bu rəqəm indi bir az azalıb, lakin 100-dən çox adam hələ də sanksiya altındadır. Bax bu siyasi sanksiyalar, iqtisadi yox, məhz siyasi sanksiyalar öz rolunu oynadı. Beş ildən sonra Lukashenko güzəştə getməyə məcbur oldu və yarım addım geri atdı. İndi biz siyasi məhbusları olmayan ölkə əldə etdik. Mənə elə gəlir ki, Belarus və Azərbaycandakı kimi avtoritar rejimlərlə əlaqə quranda AB və Amerikanın mövqeyi vacibdir.

Azərbaycanda insan haqlarının vəziyyəti son iki ildə qat-qat pisləşib və bu, son prezident seçkisindən sonra olub. Mənim həmkarlarım indi həbsdədir və mən böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, 2011-ci ildə İntiqam Əliyev üzərində mənim şəklim olan köynəyi geyinmişdi və mənə azadlıq tələb edirdi, indi isə mən üzərində onun şəkili olan köynəyi geyinib azad edilməsini tələb edirəm.

Biz indi yerimizi dəyişmiş kimiyik. Amma mən ümid edirəm ki, həm Azərbaycanda demokratik ictimaiyyətin aktivliyi, həm də beynəlxalq təsirlər siyasi məhbusları azad etməyə kömək edəcək.

- Leyla Yunusla tanış idiniz. İntiqam Əliyev həbs olunanda dəstəyinizi gösrətmisiniz. Onlar 7 ildən çox həbs cəzası alıblar. Azərbaycanda həbsdə jurnalistlər var. Azərbaycan höküməti rəsmiləri ilə görüşüb-danışmaq imkanınız olsaydı, onlara nə deyərdiniz?

Buna da bax: Martirosyan: «Şuşada referendum olsa...»

REJİMƏ QARŞI İKİLİ STANDART

Almaniya - Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev, 27 yanvar, 2015

Almaniya - Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev, 27 yanvar, 2015

-Mən sadəcə deməzdim, mən ultimatum formasında tələb edərdim ki, siyasi məhbusları azad etsinlər. Əks halda Azərbaycanın nisbi azad ölkə imici darmadağın olacaq. Xüsusən Avropa Parlamentinin Azərbaycan haqda verdiyi və kifayət qədər prinsipial olan son qətnaməsini də nəzərə alsaq, imici indi də elə yüksək deyil. Biz Əliyev rejiminə qarşı da ikili standartı gördük. Ölkəsində siyasi baxışlarına görə onlarla, yüzlərlə insan həbsdə ola-ola o, Avropa ölkələrini gəzirdi və yüksək səviyyədə qəbul olunurdu. Mən son bir ildə qatıldığım bütün beynəlxalq tədbirlərdə bildirirdim ki, belə davranış qəbuledilməzdir.

Beynəlxalq standartlar hamı üçün eynidir. İnsan haqlarına hörmət universaldır. Lukashenko rejiminə bir cür, Əliyev rejiminə isə başqa cür yanaşmaq olmaz. Əgər hökümət beynəlxalq müqavilələrə imza atırsa, hansısa beynəlxalq təşkilata üzv olursa, deməli həmin müqavilələrdəki tələblərə riayət etməlidir. Belə təşkilatlar AB-dir və ya Azərbaycanın da üzvü olduğu BMT-dir.

Buna da bax: Jurnalist Əhməd Muxtar saxlanıb

"NÖVBƏTİ ADDIM SANKSİYALAR OLACAQ"

- Azərbaycanla Avropa Birliyi arasında ziddiyyətlər kəskinləşir. Birliyin mümkün sanksiyaları Azərbaycanda vəziyyəti dəyişə bilərmi?

-Hesab edirəm ki, dəyişə bilər. Hesab edirəm ki, bu, növbəti məntiqi addımdır. Əgər Azərbaycan hökuməti, prezident Əliyev siyasi rəqiblərinə qarşı, vətəndaş cəmiyyətinə qarşı öz siyasətini dəyişməsə, onda AB-nin növbəti addımı kifayət qədər prinsipial olmalıdır. İlk olaraq siyasi sanksiyalar, bəlkə həm də hansısa iqtisadi sanksiyalar tətbiq olunmalıdır ki, onlar bir az özlərini yığışdırsınlar. Biz kiçik dünyada yaşayırıq və ümumi qaydalarla oynamalıyıq. Əgər hamı, çar, knyaz və ya xan -hərə öz qaydaları ilə oynasa böyük bir xaos yaranar.

- Azərbaycanda həbsdəki hüquq müdafiəçiləri, jurnalistlər, fəallara nə sözünüz var?

-Məsləhət görərdim ki, səbrli və möhkəm olsunlar. Ümid edirəm ki, onlar tezliklə azadlıqda olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG