Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:32

►Qarşıdan iki bayram gəlir...

İyunun 1-də hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə İnsan Hüquqları üzrə İşçi Qrupun növbəti iclası olub.

İştirakçılar digər məsələlər sırasında siyasi məhbus sayılan şəxslərlə də bağlı müzakirə aparıblar. Bu barədə Turan-a Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva bildirib.

A.Abdullayeva deyib ki, son vaxtlar bir çox siyasi məhbus azadlığa buraxılsa da onların bir hissəsi hələ də həbsdədir. Onun deməsinə görə, bunlar REAL Hərəkatının lideri İlqar Məmmədov, keçmiş nazirlər Əli İnsanov və Nicat Quliyev, gəns fəallar Fərəc Kərimli, İlkin Rüstəmzadə, Abdul Əbilov, jurnalist Seymur Həzidir.

Bundan əlavə, hüquq müdafiəçiləri İşçi Qrupa vətəndaşların mülki işlər üzrə ədalətsiz məhkəmə qərarları ilə bağlı 100-dək şikayətini təqdim ediblər.

İşçi Qrupunda həmçinin, QHT haqqında qanuna yenidən baxılması təklif edilib. Qeyd edilib ki, bu, indiki vəziyyətdə ictimai birliklərin fəaliyyətinə əngəl törədir.

İşçi Qrupun digər üzvü, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu da sözügedən məsələlərin müzakirə olunduğunu təsdiqləyib.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

Sonuncu dəfə hər iki tərəfin iştirakı ilə İşçi Qrupu martın əvvəlində əfvdən öncə toplaşmışdı.

İyunda iki dövlət bayramı – Milli Qurtuluş Günü (15 iyun) və Silahlı Qüvvələr Günü (26 iyun) qeyd olunur. Bu münasibətlə əfv haqqında növbəti sərəncam ola biləcəyi qeyd edilir

Ancaq, hələlik, bu ehtimalları rəsmi mənbələr təsdiqləmir.

İşçi qrupunun fəaliyyət məqsədi insan hüquqları ilə bağlı məsələlərin dialoq yolu ilə səmərəli şəkildə həll edilməsidir.

Qrupun tərkibinə deputatlar, Prezident Administrasiyasının məsul əməkdaşları vəhüquq müdafiəçiləri daxildir. Eyni zamanda orada BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri təmsil olunur.

Avropa Şurasının baş katibi Turbyorn Yaqland da qrupa daxil idi. Ancaq o, bir müddət öncə siyasi məhbusproblemi səbəbindən qrupa etimadsızlığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG