Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:40

Əfv gözlənilir


İllüstrasiya
İllüstrasiya

-

Yaxın zamanlarda növbəti əfv sərəncamının verilməsi gözlənilir.

Bu haqda Turan-a hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi əfv sərəncamının Ramazan və ya Qurban Bayramında verilə biləcəyini deyib. O, əfv edilməsi gözlənilən şəxslər arasında Real Hərəkatının lideri İlqar Məmmədovu, bloqçuları və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını göstərib.

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hazırda həbsdə olan siyasilərin, blogerlərin və habelə AXCP üzvlərinin siyahısını hazırlayaıb, Əfv Komissiyasına təqdim edib. Bu siyahıda İlqar Məmmədov və Fuad Qəhrəmanlının da adları da var”, N.Cəfəroğlu bildirib.

O, həmçinin, vurğulayıb ki, sonda kimlərin əfv edilib-edilməməsi qəararını prezident verecək. Prezident İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 17-də verib. Həmin fərman hüqüq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 15-dən çox şəxsə də şamil edilmişdi.

Hüquq müdafiə təşkilatlarının bildirməsinə görə, hazırda Azərbaycanda 80-dən çox siyasi məhbus var. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmasi fikri ilə razılaşmırlar.Rəsmilər bildirir ki, siyasi məhbus kimi təqdim edilən insanlar cinayət əməllərinə görə, mühakimə olunublar.

XS
SM
MD
LG