Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Bagram hərbi bazasında partlayış olub, ölənlər var


Bagram hərbi bazası, Əfghanıstan, 2009

Bagram hərbi bazası, Əfghanıstan, 2009

ABŞ-ın Əfqanıstandakı ən böyük hərbi bazası olan Bagram hərbi bazasında partlayış olub. Partlayış nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Partlayış yeməkxanada olub.

Taliban partlayışı intiharçının törətdiyini bildirib.

Əfqanıstanın ən yaxşı qorunan yerlərindən sayılan bu ərazidə partlayışın baş verməsi təhlükəsizklə bağlı problemlərin olduğunu üzə çıxarıb.

Bagram hərbi aerodromu paytaxt Kabilin şimalında yerləşir. 14 ildir ABŞ və NATO-nun hərbi bazası və aerdromu kimi istifadə olunur.

Rəsmi məlumatda terrorçunun bazaya gələn əməkdaşların arasına qarışaraq içəri girdiyi bildirilir.Onun bazada işləyən əfqan işçilərdən biri olduğu güman olunur.

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri John W. Nicholson bildirib ki, hadisə ilə bağlı araşdırma başlayıb. Talibanın sözçüsü Zabihullah Mucahid partlayış nəticəsində çoxlu sayda ölənlərin olduğunu deyib.

Keçən ilin dekabr ayında Taliban üzvü olan intiharçı Bagram hərbi bazasına yaxın olan kəndlərin birində motoskletə minən ABŞ əsgərlərini atəşə tutmuşdu. Həmin vaxt 6 amerikalı hərbçi həlak olmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG