Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:46

Erdoğan Muhammed Alinin yasından pərt və incik qayıtdı


Türkiyə prezidenti Erdoğan və hökumətin dini işlər üzrə müvəkkili Mehmet Görmez
Türkiyə prezidenti Erdoğan və hökumətin dini işlər üzrə müvəkkili Mehmet Görmez

Qərb mediası xəbər verir ki, Türkiyə prezidentinin adı çıxış edənlərin siyahısından çıxarıldıqdan sonra o dəfndə iştirakdan imtina edib

Qərb mediası xəbər verir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Birləşmiş Ştatlara səfərini yarımçıq dayandırıb və əfsanəvi boksçu Muhammed Alinin dəfn mərasiminə qatılmayacağını bildirib.

Türkiyə prezidentinin ofisindən bunun səbəbi olaraq mərasim təşkilatçıları ilə mübahisə göstərilib.

Erdoğan boksçunun dəfn mərasimində şəxsən iştirak etmək üçün Kentuki ştatının Luisvil şəhərinə uçmuşdu.

Türkiyə prezidenti cümə axşamı bir neçə siyasi liderlə yanaşı Ali üçün ibadət mərasiminə qatılmışdı.

Lakin Türkiyə prezidentinin administrasiyası bildirib ki, o, dəfn mərasimində iştirakdan imtina edib və cümə axşamı ABŞ-dakı Mesxeti türklərinin icması ilə görüşdən sonra vətəninə qayıdıb.

Onların kim olmasının məsələyə dəxli yoxdur. Məsələ burasındadır ki, bu adamlar üçün bizim proqramımızda yer yoxdur

ABŞ mediası xəbər verir ki, Erdoğan və İordaniya kralı 2-ci Abdullah boks çempionunun dəfn mərasimində çıxış etməli idilər, lakin onların adları vaxt azlığına görə siyahıdan çıxarılıb.

“Onların kim olmasının məsələyə dəxli yoxdur. Məsələ burasındadır ki, bu adamlar üçün bizim proqramımızda yer yoxdur” – deyib Ali ailəsinin sözçüsü Bob Gunnell.

Lakin Doğan agentliyi xəbər verir ki, Erdoğan Luisvildə daha bir pərtliklə üzləşib. Dəfn təşkilatıçıları Erdoğanın Kəbədən gətirdiyi əklilin Alinin tabutu üzərinə qoyulmasına yol verməyiblər.

Türkiyə prezidenti və hökumətin dini işlər üzrə müvəkkili Mehmet Görmezin cənazə üstündə Quran oxumasına da icazə verilməyib.

Erdoğanın cangüdənləri ABŞ xəfiyyələri ilə toqquşub

Bu arada Türkiyə prezidentinin cangüdənləri ilə ABŞ xüsusi xidmət xəfiyyələri arasında toqquşmanın yer aldığı da xəbər verilir.

“The Daily Mail” yazır ki, Erdoğan bütün səfəri boyu Muhammed Alini tərifləsə də, onun təkcə rinqdə yox, ümumilikdə müsəlmanların hüquqları uğrunda döyüşdüyünü dilə gətirib.

Məqalədə deyilir ki, Erdoğanın ABŞ-a qəfil səfəri Türkiyə də hiddətə səbəb olub, beləki bundan bir gün əvvəl İstanbulda törədilmiş partlayışda 11 nəfər həlak olmuşdu və prezidentin onların dəfn mərasiminə baş çəkəcəyi gözlənilirdi.

Yeri gəlmişkən, Erdoğanın Muhammed Alinin yas mərasimində başına gələnlər sosial şəbəkələrdə geniş müzakirə olunur.

İstifadəçi postlarının əksəriyyətində belə bir fikir ifadə olunur ki, Türkiyə prezidentinin Muhammed Alinin vida məclisinə bir dövlət başçısı kimi yox, sadə müsəlman və pərəstişkar kimi gəlməsi kifayət edərdi.

Kimlər çıxış edib?

Az əvvəl Luisvildə Muhammed Alinin 18 min nəfərin qatıldığı möhtəşəm dəfni başa çatıb.

ABŞ mediası xəbər verir ki, dəfn mərasimi dinlərarası birlik ruhunda keçib.

Beləki mərasimdə müsəlman, yəhudi, xristian və başqa dinlərdən olanlar boksçuya vida sözlərini deyiblər.

Dəfn mərasiminə 18 min insan qatılıb
Dəfn mərasiminə 18 min insan qatılıb

Mərasimdə həmçinin prezident Barack Obamanın mesajı oxunub.

Çıxışlar imam Hamzah Abdul Malikin Quran oxuması ilə başlanıb.

Bunun ardınca yerli protestant keşiş Kevin Cosby çıxış edib və deyib: “Əvvəl James Brown demişdi: “mən qarayam və qürurluyam”, amma Ali dedi ki, “mən qarayan və gözələm”.

Daha sonra çıxış edən yəhudi rahib Michael Lerner qaradərili insanlara və müsəlmanlara qarşı ədalətsiz münasibətləri tənqid edib.

Alinin xanımı Lonnie-dən sonra çıxış üçün söz keçmiş prezident Bill Clinton-a verilib. Cənab Clinton çox təsirli bir çıxış edib.

Çıxış edənlərin arasında prezident Barack Obama-nın müşaviri, Muhammed Ali ilə şəxsi tanışlığı olanValerie Jarrett, komediya aktyoru Billy Crystal da vardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG