Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Noyabrın 2-də Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan İnvestisiya Şirkəti, «Vita-A» və Rusiyanın «R-Farm» şirkəti birlikdə «HAYAT pharm» adlı əczaçılıq şirkətinin təməlqoyma mərasimində iştirak edib.

Əczaçılıq zavodunun investisiya dəyəri 74 milyon dollar təşkil edir.

«Pirallahı Sənaye Parkında yaradılan «HAYAT pharm» əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlamalıdır». Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zavodun illik istehsal gücü 22.5 milyon qutu, ya da 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.

Nazirin bildirməsinə görə, zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük, əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya, qusmaya qarşı preparatlar buraxılacaq.

«Bu layihə mərhələli şəkildə aparılacaq. Bu ilin axırından başlayaraq logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq», - deyə Ş.Mustafayev vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG