Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

16 il Elçibəysiz


Bu gün - avqustun 22-də Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin ölümünün 16 ili tamam olur. Ə.Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
O, bir müddət Misirdə çalışıb, sonra Azərbaycana qayıdaraq Bakı Dövlət Universitetində müəllim işləməyə başlayıb. 1974-cü ildə milli baxışlarına görə mühakimə edilib və azadlıqdan məhrum olunub.

Ə.Elçibəy 1976-cı ilin yayında azadlığa buraxılıb və Əlyazmalar İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb.

Ə.Elçibəy 1988-ci ilin noyabrında baş verən Meydan hadisələrinin öncüllərindən, bir il sonra yaradılan Azərbaycan Xalq Cəbhəsinin sədri olub.
Ə.Elçibəy 1992-ci ildə prezident seçilib. Ancaq onun hakimiyyəti cəmi bir il çəkib. Bir il sonra Gəncədə 709 saylı hərbi hissənin hökumət və onun əleyhinə çıxmasından sonra Bakını tərk edərək, Kələkiyə gedib. Milli Məclisin qərarı ilə onun səlahiyyəti əlindən alınıb.

4 il anadan olduğu Kələki kəndində yaşayan Ə.Elçibəy 1997-ci ilin oktyabrında Bakıya dönüb. Ə.Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyi təşkilatlarının sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də vəfat edən Ə.Elçibəyin cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda torpağa tapşırılıb.

Elçibəylə üz-üzə gəlsəniz ondan nə soruşardınız?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG