Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Bob Dylan təltifə gəlməyəcək, lakin Nobel mükafatı onundur


Bob Dylan
Bob Dylan

Bob Dylan layiq görüldüyü Nobel mükafatını şəxsən qəbul etmək üçün İsveçdə keçiriləcək mərasimə getməyəcək.

Nobel mükafatlarına nominasiyaları verən İsveç Akademiyası bildirib ki, bu barədə Bob Dylan-ın özündən məktub alıb.

Həmin məktubda nəğməkar şair bildirir ki, gələn ay keçiriləcək təntənəli mərasimə qatıla bilməməsinin səbəbi “çoxdan planlaşdırılmış iş cədvəlidir”.

O yazıb ki, mükafata layiq görüldüyü üçün özünü “çox şərəfləndirilmiş” sayır və mükafatı şəxsən qəbul edə bilməyəcəyinə təəssüflənir.

Ənənəyə görə müğənni Nobel mühazirəsini gələn iyun ayınadək oxumalıdır.

75 yaşlı Dylan prestijli mükafatı təntənəli mərasimdə şəxsən almayan yeganə laureat olmayacaq.

2005 və 2007-ci ildə ədəbiyyat üçün Nobel mükafatına layiq görülmüş Harold Pinter və Doris Lessing də təltif mərasimində iştirak etməmişdilər.

Dylan tək deyil

Akademiyanın bəyanatında deyilir ki, mükafat bütün hallarda Pinter və Lessinqə məxsus olduğu kimi, Bob Dylan-a da məxsus olaraq qalır.

Bob Dylan-ın bu mükafata layiq görüldükdən sonra iki həftə ərzində Akademiya ilə əlaqəyə girməməsi və heç bir reaksiya verməməsi böyük hay-küyə səbəb olmuşdu.

Akademiyanın bəzi üzvləri onu “lovğalıqda” və “təkəbbürlükdə” ittiham edirdilər.

Lakin bundan az sonra o bəyanat vermiş və mükafata görə sevincindən “nitqinin tutulduğunu” bildirmişdi.

Nobel mükafatlarının təqdimatı dekabrın 10-da, onun təsisçisi Alfred Nobel-in vəfatı günündə Stokholmda keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG