Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:21

'Əliyevlər ailəsi də istedadlıdır, onun nümayəndələri də seçilə bilər'


Nizami Cəfərov

Nizami Cəfərov

AzadlıqRadiosu sentyabrın 26-da keçiriləcək referendumla bağlı müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərovdur.

– Nizami müəllim, ümumxalq səsverməsinə çıxarılan təkliflər haqda siz nə düşünürsüz, bu dəyişiklikləri zəruri edən səbəblər hansılardır?

«Belə müxtəlif şərtlər prezident səlahiyyətinin nəinki 7 ilə, hətta 10 ilə də çatdırılmasına imkan yaradır. Və bunun heç bir təhlükəsi yoxdur».

– Dəyişikliklərin bir qismi dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlıdır. Həm prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə çatdırılması, həm vitse-prezidentlik institutunun müəyyənləşdirilməsi, həm də dövlət idarəçiliyində demokratizmin daha da gücləndirilməsi. Bunlar ciddi məsələlərdir. Hətta bura vətəndaşların daha gənc yaşlarından dövlət idarəçiliyinə cəlb olunmasını da daxil etmək olar. Azərbaycanda vitse-prezidentlik təcrübəsi yoxdur. Bu institutun yaradılması dövlət idarəçiliyində həm demokratizmə xidmət edəcək, həm də daha optimal idarəetməni təmin edəcək. İstər-istəməz, dövlətin funksiyaları genişlənir və onların daha yaxşı icrasından ötrü vitse-prezidentlik lazımdır.

Vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyində həm demokratizmə xidmət edəcək, həm də daha optimal idarəetməni təmin edəcək.

Başqa mühüm məsələ gənclərlə bağlıdır, ancaq gəncliyə yeni imkanlar verilməsi ilə yanaşı ali təhsil məsələsi öndədir. Dövlət idarəçiliyində ali təhsil mühüm faktordur. Bu, həm təcrübə, həm də intellekt deməkdir. Yalnız gənclik enerjisi ilə iş görmək mümkün deyil. Ona görə də bu məsələ nəzərə alınıb.

Buna da bax:​ Deputat: 'Əliyevlər monarxiyası yaratmaq söhbəti cəfəngiyyatdır'

– Siz yəqin ki, yaş senzinin götürülməsini nəzərdə tutursunuz?

– Bəli.

«Hər şey göz qabağındadır. Tanınmayan kəs seçkilərdə uğur qazanmır».

– Sizcə, gənclik enerjisi ilə dolu, ancaq olğunlaşmamış insanın mühüm dövlət postlarında oturub mühüm qərarlar verməsi nə qədər məqbuldur?

Heydər Əliyev, İlham Əliyev və nəvə Heydər Əliyev

Heydər Əliyev, İlham Əliyev və nəvə Heydər Əliyev

– Bu məsələ çox müzakirə olunur. Əlbəttə, burda bir sıra suallar meydana çıxa bilər. Amma orda ali təhsillə bağlı məhdudiyyət var, eyni zamanda, cəmiyyətimizin seçkilərdə münsiflik imkanı da var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda imicmeykerə, kiminsə fəaliyyət imkanlarının yüksək olduğunu təbliğ etməyə ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır. Tanınmayan kəs seçkilərdə uğur qazanmır. Burda biz cəmiyyət olaraq gəncliyə üstünlük veririk, həm onun enerjisindən istifadəyə imkanlar yaradırıq, həm də ciddi tələblər qoyuruq. Referendum aktında bu var və bunun da birinci şərti ali təhsildir. Amma qalan məsələlər seçkinin prinsipləri ilə həll olunur. Seçici tanımadığı, işinə əmin olmadığı namizədə səs vermir.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

«Müxalifət harda bir balaca mübahisəli məsələ görən kimi dərhal ona etiraz edir...»

– Nizami müəllim, siz də yaş senzinin ləğvi ətrafında ciddi müzakirə getdiyini dediniz. Deputat həmkarlarınız iddia edir ki, gənclərə seçilmək imkanı verilir, müxalifət iddia edir ki, Əliyevlər ailəsinin gənc üzvlərinin hakimiyyət olimpinə gəlişinə zəmin yaradılır.

– Yox, o cür düşünmək olmaz. Müxalifət harda bir balaca mübahisəli məsələ görən kimi dərhal ona etiraz edir. Yadımdadır ki, bir vaxtlar latın qrafikasına keçəndə də etiraz edirdilər. Əvvəl deyirdilər ki, «iqtidar latın qrafikasına keçmək istəmir, məsələni uzadır».

«Bəzən çox gənc yaşında böyük uğur qazanan riyaziyyatçılar, fikir adamları olub. Onların qarşısını niyə almalıyıq?»

Latına keçəndə dedilər ki, «müxalifət qəzetləri oxunmasın deyə bunu edirlər». Bu məntiqlə yanaşmaq olmaz. Təbiidir ki, Əliyevlər ailəsi istedadlı ailədir və onun da nümayəndələri seçilə bilər. Amma eyni zamanda digərləri də. Burda dərhal dolaşıqlıq salmaq lazım deyil. Dünya təcrübəsində də bu var. Gəncliyə ən azından potensial olaraq imkanlar yaradılmalıdır. Bəzən çox gənc yaşında böyük uğur qazanan riyaziyyatçılar, fikir adamları olub. Onların qarşısını niyə almalıyıq? Amma yenə deyirəm, burda söhbət hüquqdan gedir. Hüquq hər şey demək deyil. Hər kəs öz qabiliyyətini göstərə və bu qabiliyyət imkan verərsə, seçilə bilər. Bu, xüsusi müzakirə obyekti də ola bilməz.

Buna da bax: Müsavat: 'Referendumun mahiyyəti, zərurəti barədə ictimaiyyətə izahat verilmir...'

«Burda söhbət yalnız prezidentimiz İlham Əliyevdən getmir»

– Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması da səsverməyə çıxarılır. Bəzi ölkələrdə prezidentlik elə 4 ildir, iki müddət ölkəni idarə etdikdə 8 il edir. Amma Azərbaycanda dövlət başçısına, az qala, həmin iki il müddətə seçilmək imkanı yaradılır. Azərbaycan kimi ölkələrdə 5 il ən optimal variant deyildimi? Bunu 7 ilə çatdırmağın faydası nədir?

«Təsəvvür edək ki, çox tez-tez prezident seçkiləri keçirilir və deməli, çoxsaylı tədbirlər də olacaq, bu cəmiyyəti də çoxsaylı problemlərlə üz-üzə qoyacaq. Bunun nə əhəmiyyəti var?»

– 2000-ci illərin əvvəllərində belə fikir vardı ki, prezidentin səlahiyyət müddəti yeddi il olsun. Bu məsələ xeyli müzakirə edildi və sonra saxlanıldı. Amma bugünkü reallıqlar fərqlidir. Deyək ki, dövlət idarəçiliyində varisliyin gözlənilməsi amili var. Azərbaycan tipli ölkələrin uzunmüddətli proqramlara ehtiyacı var. Dövlətçiliyin xeyli dərəcədə cavan olması amil var. Belə müxtəlif şərtlər var ki, bu da prezident səlahiyyətinin nəinki 7 ilə, hətta 10 ilə də çatdırılmasına imkan yaradır. Və bunun heç bir təhlükəsi yoxdur. Nə insan hüquqları baxımından, nə dövlətçiliyin inkişafı baxımından, nə də milli maraqlar baxımından ziyanı var. Burda söhbət yalnız prezidentimiz İlham Əliyevdən getmir. Onun fəaliyyəti onsuz da elə bir səviyyədədir ki, böyük təcrübə qazanılıb, ölkənin uğurları göz qabağındadır. Amma bununla yanaşı, dövlətçiliyin metafizikası, dayanıqlığı da var. Bu dayanıqlığı təmin etmək baxımından səlahiyyət müddətinin uzadılmasının əhəmiyyəti var.

«Yeddi il dünya təcrübəsində var, amma 10 il yoxdur...»

Düşünsək ki, prezidentin səlahiyyət müddəti nə qədər az olsa, o qədər demokratik sayılır, yəni dörd il, üç il olsun... Təsəvvür edək ki, çox tez-tez prezident seçkiləri keçirilir və deməli, çoxsaylı tədbirlər də olacaq, bu cəmiyyəti də çoxsaylı problemlərlə üz-üzə qoyacaq. Bunun nə əhəmiyyəti var?

Buna da bax: Prezidentin köməkçisi: 'Referendum islahatların davamıdır'

– Dediniz ki, dövlət idarəçiliyində varislik gözlənilməlidir, yəni dövlət başçısının qəbul etdiyi proqramlar yerinə yetirilməlidir.

– Mühüm məsələlərdən biri də budur.

– Dövlətçilik möhkəm təməl üzərində qurulubsa, bu proqramlar da dövlətə gərəklidirsə, onların gələcək hakimiyyətin dövründə də icrası, gerçəkləşdirilməsi davam edəcək. Mümkün deyil ki, ondan imtina edilsin. Necə ki başqa ölkələrdə davam etdirilir. Bunun..

– Mən dedim. Bizim dövlətçiliyimiz hələ cavandır. Bizə xaricdən, daxildən siyasi, iqtisadi, ideoloji müdaxilələr var, bunu görürük. Ona görə də dövlətin möhkəmliyi lazımdır. Belə vəziyyətdə dövlətçiliyimizi ən xırda, təsadüfi problemlərin ixtiyarına verə bilmərik.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

'Latına keçəndə dedilər ki, «müxalifət qəzetləri oxunmasın deyə bunu edirlər»'

– O zaman sabah kimsə belə arqument də gətirə bilər ki, dövlətçiliyə təhlükə varsa, bu ölkə ancaq İlham Əliyevlə irəli gedə bilirsə, seçkilər ləğv edilsin və ya bəyan olunsun ki, bir və ya iki onillik prezident seçkiləri keçirilməyəcək. Növbəti referendum bununla bağlı olmayacaq ki?

– Yeddi il dünya təcrübəsində var, amma 10 il yoxdur. İdarəetmədə və dünya təcrübəsində optimallıq var. Biz də ora qədər qalxa bilərik ancaq. Axı, bir də dünyanın qəbul etməsi məsələsi var. Həm də bu, «Biz dünyaya tabe oluruq, dünyada necədirsə təkrar edirik» anlamına gəlmir. Ümumi hüquq prinsipləri var, dövlət idarəçiliyi təcrübələri var, yəni buna əsaslanırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG