Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Azərbaycan bu hesabatda 2-ci yerdədir


Bakı bulvarı
Bakı bulvarı

Dünya İqtisadi Forumu (WEF) «İnklüziv Artım və İnkişaf – 2017» hesabatını açıqlayıb. Bu hesabatda Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında Litvadan sonra 2-ci yerə çıxıb.

İnklüziv İnkişaf İndeksi (IDI) adlanan bu göstərici gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə verilənlər əsasında hazırlanır. WEF gəlir və sərvətin bölünməsini, yoxsulluğun səviyyəsini öyrənir.

İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR DAHA YAXŞI DURUMDA

Hesabatda texnoloji dəyişiklik, qloballaşmanın gətirdiyi təhlükə və bərabərsizliklə səmərəli mübarizə məqsədiylə iqtisadi siyasətdə dəyişiklik təklif olunur. Belə bir nəticəyə gəlinir ki, əksər ölkələr eyni zamanda həm iqtisadi artımı yüksəltmək, həm də bərabərsizliyi azaltmaq imkanlarını qaçırırlar. Çünki onillər boyunca siyasətçilərin söykəndiyi inkişaf modeli və ölçü alətlərinə ciddi dəyişiklik olunmalıdır.

Buna da bax-Avropalılar Azərbaycan barədə indi nə düşünür?

Sənəd üzə çıxarıb ki, 2008-2013-cü illərdə 26 inkişaf etmiş ölkədə illik orta gəlir 2.4%, yaxud adambaşına 284 dollar azalıb. İnkişaf etməkdə olan ölkələrdə durum daha yaxşıdır, orta gəlir 10.7%, yaxud 165 dollar yüksəlib. Amma bu ölkələrin 23%-də adambaşına orta gəlir 9% düşüb.

Müqayisə üçün, inkişaf etmiş ölkələrin 54%-də orta gəlirdə 8%-lik, yaxud adambaşına 1044 dollar ekvivalentində azalma var.

DAVAMLI VƏ HƏRTƏRƏFLİ İNKİŞAF

Sənəd müəlliflərinin fikrincə, yaşam standartlarında davamlı, hərtərəfli inkişaf milli iqtisadi göstəricinin əsas hədəfi sayılmalıdır, siyasətçilər ÜDM artımındansa, bunu əsas götürməlidirlər. Həmin konsepsiyaya gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti də daxildir. Bu baxımdan, sənəddə ayrı-ayrı ölkələrin göstəriciləri dəyərləndirilir.

79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycan Litvadan sonra 2-ci yerdədir. Rusiya 13, İran 21, Gürcüstan 31, Ermənistan 50-ci yerdə qərarlaşıb.

Buna da bax-Azərbaycanda həyatından məmnunlar artır

Hesabatda deyilir ki, 82 inkişaf etməkdə olan ölkədən 18-də İnklüziv İnkişaf İndeksi adambaşına düşən ÜDM-dən 9 vahid, yaxud daha yüksəkdir. Bu ölkələrdən altısı – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda IDI adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. «Bu da onu göstərir ki, bu ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir», – sənəddə deyilir.

VARLILARIN DURUMU

İnklüziv İnkişaf İndeksinə görə, inkişaf etmiş ölkələr siyahısında ilk beşliyi Norveç, Lüksemburq, İsveçrə, İslandiya və Danimarka tutub.

Birləşmiş Ştatlar dünyanın ən varlı ölkələrindən biridir. Ancaq eyni zamanda, ən qeyri-bərabər ölkələrdən sayılır. ABŞ 30 inkişaf etmiş ölkə içində 23-cü yerdədir. Bu indeks üzə çıxarıb ki, Amerika rifah naminə heç də əlindən gələni etmir.

«The Atlantic» dərgisi yazır ki, Birləşmiş Ştatların belə zəif yer tutmasının səbəbi ölkənin dramatik şəkildə sərvətə konsentrasiya olmasıdır. ABŞ sosial müdafiə, iş və əmək kompensasiyası sahələrində də az bal toplayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG