Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Ağdam sakini: «Belə atışma hələ olmamışdı»


Ağdam sakini mərmi düşmüş evinin uçuqları altında
Ağdam sakini mərmi düşmüş evinin uçuqları altında

-

«Kişilər evlərdən çıxıb bir yerə yığışırlar»

Ağdamın sərhəd kəndlərində vəziyyət belədir.

«İndi elə vəziyyətdir ki, ermənilər atan kimi kişilər hamısı evlərdən çıxıb bir yerə yığışırlar. Famil də kənd camaatı ilə bir yerdə dayanıbmış. Vurublar, Famil həlak olub, qalanlar yaralanıb. Əfətli kəndində də yaralılar var. Çəmənlidən isə bu gecə bir ölü, 3 yaralı oldu. Heç belə olmamışdı, axşam saat 12-dən səhər 6-ya qədər atıblar».

Aprelin 28-ə keçən gecə Ağdam istiqamətində atışma zamanı Çəmənli kəndinin sakini Famil Mustafayev qəlpə yarasından həlak olub. Qohumu Rəsmiyyə Hüseynova AzadlıqRadiosu-na deyir ki, ötən gecəki atışmaya oxşarını görməyiblərmiş:

Ağdamın Çəmənli kəndinin sakini Rəsmiyyə Hüseynova
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid

Ağdamın Çəmənli və Əfətli kəndindən 8 yaralı isə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Əfətli sakini: «Bu dəfə böyük silahlardan atəş açırdılar»

Ağdamın Əfətli kəndinin sakini Araz Əliyev deyir ki, aprelin əvvəlindəki dörd günlük müharibədən sonra bir müddət kəndlərdə sakitlik olub. Dünən gecə baş verən atışmaya görə səhəri oyaq qarşılayıblar:

Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid

«Atışma gecə 12-də başladı. Səhər saat 5-ə qədər çəkdi. Müharibədir, camaat narahatdır. Ancaq adamlar narahat olsa da, inamlıdır. Aprelin 4-5-dən sonra ilk dəfə belə güclü atırdılar, nəsə böyük silahlar idi».

Ağdam rayon xəstəxanasından AzadlıqRadiosu-na yaralılardan ikisinin vəziyyətinin ağır, digərlərinin orta olduğunu bildirdilər. Daha sonra yaralılardan biri dünyasını dəyişib.

Müdafiə Nazirliyinin məlumatında da erməni hərbi birləşmələrinin ötən gecəki atışmada mülki şəxsləri hədəf aldıqları bildirilir.

İH: 59 evə ziyan dəyib

Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov AzadlıqRadiosu-na bildirib ki, gecəki atışmada 59 evə ziyan dəyib:

Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

«Atəş dünən axşamdan başlayıb. Ağdamın təmas xəttindəki 7 kənddə 59 evə ziyan dəyib. Həmin evlərdən 13-ü tamamilə dağılıb, biri yanıb. Bir dinc vətəndaş həlak olub, 8-i yaralanıb. Mal-qaraya, kənddəki mağazalara böyük ziyan dəyib. Elektrik xəttini də vurduqlarından işıqlar kəsilmişdi. Ancaq səhər saat 8-ə qədər işlədilər. İşıq da, qaz da bərpa olundu».

Mərmi Ağcabədidəki bir evi də tamamilə dağıdıb

Ötən gecə Ağdamda güclü atışma təmas xəttindən uzaq olsa da, Ağcabədi rayonunun Qaraxanlı kəndində də eşidilib. Kənd bələdiyyəsinin sədri Güllü Əliyevanın sözlərinə görə, kənddə 10-a yaxın evə ziyan dəyib:

Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

«Çox evə ziyan dəyib. Birinin həyətinə düşüb, birinin çardağı dağılıb. Bir ev isə tamamilə yanıb. İnsan tələfatı yoxdur. Vurub elektrik xətlərini də sıradan çıxardıblar. İndi işığımız da yoxdur».

Ağdam gecə atışmasından sonra, 28.04.2016
Ağdam gecə atışmasından sonra, 28.04.2016

Qaraxanlı kəndində evinə mərmi düşmüş 86 yaşlı Bərxudar Xəlilovun oğlu Adil Xəlilov deyir ki, atışma başlayan kimi yaşlı valideynlərini evdən çıxarda biliblər. 15 dəqiqə sonra isə evlərinə düşən mərmi ikimərtəbəli evi darmadağın edib:

Gözlə
Embed

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid

«Kəndimiz Ağcabədinin kəndi olsa da, Ağdamın düz altındadır. Atışma gecə başlayıb. Evimiz tamamilə dağılıb kül olub. Şükür Allaha ki, ölən olmadı. Ancaq yaşlılar çox çətinlik çəkdi. Ev yerlə-yeksan olub. Düz səhər saat 5-ə kimi ermənilər atırdı».

«Onlar mövcudluqlarını göstərməyə çalışırlar»

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, qarşı tərəfin mülki əhalini hədəf seçməsi onların atəşin davam etməsində maraqlı olduqlarını göstərir:

Elxan Mehdiyev
Elxan Mehdiyev

«Təmas xəttində baş verənlər erməni tərəfinin xaosunun, çaxnaşmasının ifadəsidir. Həm siyasi-hərbi rəhbərlikdə, ümumiyyətlə isə xalqın arasındakı çaşqınlıq qeyri-standart hərəkətlərə gətirib. Danışıqlara getmək, ya da müharibəyə getməklə bağlı vahid baxış yoxdur. Azərbaycan ordusunun vurduğu ağır zərbədən sonra onların ordusu da mövcudluğunu göstərməyə çalışır. Artilleriyadan istifadə etməklə əsasən yaşayış yerlərini vururlar. Qarşı tərəf danışlqların yox, hərbi lokal səviyyədə bu cür atəşin davam etməsində maraqlı görünür».

Gözlə
Embed

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

Elxan Mehdiyevin fikrincə, belə görünür ki, tərəflər arasında lokal səviyyədə olsa da, genişmiqyaslı qarşıdurma hələ bir müddət davam edəcək.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG