Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

Ağdamdan çəkilən ən son görüntülər- [video]


Ağdamdan son görüntülər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Ağdamdan son görüntülər

-

Aprelin 29-na keçən gecə artilleriya zərbələri nəticəsində qəlpə yarası alan Ağdam rayonu Çəmənli kənd sakini 67 yaşlı Əli Hüseynov xəstəxanada vəfat edib. Daha bir Ağdam sakini Famil Mustafayev də qəlpə yarasından ölüb.

Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənlərdən xəbərin olsun

Bu haqda Ağdam Rayon İcra Hakimiyyətindən Azadlıq Radiosuna bildiriblər. İcra hakimiyyətindən xəstəxanada daha altı yaralının olduğunu, bir yaralının evə buraxıldığını deyiblər.

Artilleriya atəşi vətəndaşların əmlakına da ciddi ziyan vurub. «Qaramal» fermasında 11 inək ölüb, 19-u isə yara alıb.

İcra hakimiyyətindən dağıntılılarla bağlı daha sonra bunları bildiriblər:

«Əfətli kəndində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağılıb. Çəmənli kəndində 5 evə ziyan dəyib, 3 ev dağılıb, 1 avtomobil sıradan çıxıb, 2 baş heyvan ölüb. Qaradağlı kəndində 27 evə ziyan dəyib, 5 evdə daş-daş üstə qalmayıb. Zəngişalı kəndində isə 10 ev dağılıb, 1 ev yanıb, 2 ev və mağaza yararsız hala düşüb».

Ağdam rayonunda son günlər ümumilikdə 59 evə ziyan dəydiyi, 12 evin tamamilə dağıldığı, birinin isə yandığı bildirilir.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG