Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:29

Nazir: «Ermənistan dinc adamlarla müharibə edir»


Hüseynqulu Bağırov
Hüseynqulu Bağırov

«Ermənistanın təxribatçı əməlləri Azərbaycan xalqının məhv edilməsinə yönəldilib. Danışıqların davam etdirilməsi ilə onlar ancaq vaxt qazanmaq istəyirlər».

Bunu Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Ağdam rayonunda deyib.

Trend-in xəbərinə görə, nazir bildirib ki, Ermənistan Azərbaycanın mülki adamları ilə müharibə etməyə davam edir:

«Evlərin dağıdılması və Azərbaycanın mülki vətəndaşlarının ölümü bunu təsdiq edir»

H. Bağırov əlavə edib ki, Azərbaycan artıq 90-cı illərdə olan ölkə deyil:

«Azərbaycanın gücü artıb. Bu bizim üçün ölüm-qalım mübarizəsidir. Başqa yolumuz yoxdur. Azərbaycanın digər dövlətin ərazisinə iddiası yoxdur».

Nazir deyib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur. Meşə örtüklərini məhv, qızıl mədənlərini istismar edir.

XS
SM
MD
LG