Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

Can Dündar prezident Erdoğana meydan oxudu


Can Dündar Silivri zindanından buraxılarkən, 26 fevral, 2016
Can Dündar Silivri zindanından buraxılarkən, 26 fevral, 2016

►Türkiyəli jurnalist söz verib ki, öz məhkəməsini hakimiyyət üzərində məhkəməyə çevirəcək

Reuters xəbər verir ki, türkiyəli jurnalist, "Cümhuriyet" qəzetinin baş redaktoru Can Dündar məhləməsindən "hakimiyyətin cinayətlərini ifşa etmək üçün" istifadə edəcəyini bildirib.

Jurnalist beynəlxalq ictimaiyyətin qınağına tuş gəlmiş bu məhkəmə prosesi vasitəsilə insanların diqqətini ona qarşı cinayət işinin açılmasına səbəb olmuş süjetə yönəldə biləcək.

"Biz müttəhim deyilik, şahidik," deyə Dündar verdiyi müsahibədə qeyd edib.

O, məhkəmənin qoyduğu qadağaya və hakimlərin dinləmələri bağlı qapılar arxasında keçirməsi riskinə baxmayaraq videoyazını nümayiş etdirməyə söz verib.

"Biz bütün qanunsuz hərəkətləri nümayiş etdirəcəyik və göstərəcəyik ki, bu məhkəmə siyasi təqib aktıdır... Hökuməti cinayət üstündə tutublar, o da bunu gizlətmək üçün hər şeyi edir," - deyə o əlavə edib.

"Cümhuriyet" qəzetinin baş redaktoru 54 yaşlı Can Dündar və qəzetin Ankara bürosunun şefi 49 yaşlı Erdem Gül qəzetin 2015-ci ilin mayında dərc etdiyi bir videoyazıdan sonra hökuməti devirməyə cəhd ittihamı ilə həbs olunublar.

Jurnalistlər iddia edirlər ki, sözügedən videoda Türkiyə xüsusi xidmətlərinin "İslam dövləti" silahlı terrorçu qruplaşmasına silah-sursat ötürməsi əks olunub.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Jurnalistlər həbsxanada 92 gün qalıblar və bu vaxtın yarısını təkadamlıq kamerada keçiriblər.

Fevral ayında ölkənin Konstitusiya məhkəməsi müttəhimlərin məhkəməyə qədər nəzarət alrtına alınmasının qeyri-qanuni olması barədə qərar çıxarıb.

Bundan sonra hər iki jurnalist məhkəmə prosesinin başlanmasına qədər azad edilib.

Məlumatda deyilir ki, təqsirli sayılsalar, hər iki jurnalistə ömürlük həbs cəzası verilə bilər.

Buna da bax: Prezidentin yazdığı kitabı... Quran kimi öpürlər

Prezidentin yazdığı kitabı öpürlər
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG