Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Dubay göydələni hələ də tüstülənir (VİDEO)


Yanğın 63 mərtəbəli lüks otelin çox hissəsini bürüyüb. Buna baxmayaraq Yeni il atəşfəşanlığı təxirə salınmamışdı.

Dubayın mərkəzindəki otel-göydələnlərdən birində böyük yanğın baş verib.

Yanvarın 1-i səhər saatlarında binanın hələ də tüstüləndiyi xəbər verilir.

Reuters agentliyi yanğının görüntülərini yayıb.

Bu bina dünyanın ən hündür göydələni Bürc Xəlifənin yaxınlığındadır.

Yanğınsöndürənlər Address adlanan göydələnin yanındadırlar.

Bir nəfərin infarktdan öldüyü xəbər verilib.

Yanğın Bürc Xəlifədə planlaşdırılan Yeni il atəşfəşanlığından əvvəl başlayıb.

2 milyon adamın iştirak edəcəyi gözlənilən Yeni il atəşfəşanlığından əvvəl polis tamaşa üçün toplaşmış izdihamı binadan uzaqlaşdırmağa çalışırdı.

Yanğın 63 mərtəbəli beşulduz otelin çox hissəsini bürüyüb.

Yanğının səbəbləri bilinmir.

Ən son məlumatlara görə, binadakılar evakuasiya edilib. 60 nəfərin xəsarət aldığı xəbər verilib.

Yanğının davam etməsinə baxmayaraq, bayram atəşfəşanlığı planlaşdırıldığı kimi yerli vaxtla gecəyarısı başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG