Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

«Dua-Ave Maria»ya klip çəkildi


Nigar Nazim
Nigar Nazim

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, vokalçı Nigar Nazim «Dua-Ave Maria» mahnısına klip çəkdirib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, klip bu gün dünyanı bürümüş müharibə, terrorizm və onun doğurduğu iztirablara qarşı kəskin etirazdır.

Mahnının müəllifi Fərhad Bədəlbəylidir.

Əsəri ilk dəfə Fidan və Xuraman Qasımovalar ifa ediblər.

Çəkiliş qrupuna rejissor Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjemançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənova daxildir.

Klipdə göylərdən eşidilən azan və muğamın ilahi melodiyaları musiqinin təsirini daha da gücləndirir. Aranjemançının əsas uğuru da bundadır.

Çəkilişlər Abşeron kəndlərində aparılıb.

Nigar Nazim bu əsəri ilk dəfə 2008-ci ildə Strasburqda fransız kilsə məbədində Azərbaycan gününə həsr edilmiş konsertdə oxuyub.

Gənc vokalçı rejissorun əsərdə müharibəyə qarşı bu qədər güclü əhval-ruhiyyə aşılamasından məmnun qalıb: «Ailələri parçalayan, uşaqları yetim qoyan müharibə, terror və günahsız insanların həlak olması problemi bu gün çox aktualdır. Sülh elə kövrək və davamsızdır ki, biz hamımız sülhün və əmin-amanlığın qorunması naminə səsimizi ucaltmalıyıq».

İyulun 14-də «Crescent-Beach» otelində klipin təqdimatı keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG