Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:57

DTX 'şəhid kəməri' partlatmaq istəyənin öldürüldüyünü deyir


 DTX-nin binası
DTX-nin binası

Dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, onun əməkdaşları terrorçuluqda şübhəli bilinən şəxsi öldürüb.

DTX-nin yaydığı məlumat-a görə, Cami Emin Əzizağa oğlu adlı şəxsi saxlamağa cəhd göstərərkən o, belinə bağladığı “şəhid kəməri”ni partlatmaq istəyib və bu zaman təhlükəsizlik əməkdaşları ona atəş açıblar.

Əməliyyat nəticəsində öldürülən şəxsin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

DTX bildirir ki, Cami Emin Əzizağa oğlu 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub.

“Azadlığa çıxdıqdan sonra onun ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdi”, açıqlamada deyilir.

DTX bildirir ki, Emin Əzizağa oğlu onu saxlamaq istəyən təhlükəsizlik orqanları əməkdaşlarına müqavimət göstərib.

"2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd etmiş, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdir".

Cami Emin Əzizağa oğlu 2008-ci ildə “əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıqda təqsirli bilinən dəstənin üzvü olmaqda suçlanaraq həbs edilmişdi. Amma onun hansı ildə azadlığa çıxdığı bildirilmir.

AzadlıqRadiosu bu məlumatı müstəqil mənbədən təsdiqlədə bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG