Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

Faylların saxlanc xidməti «Dropbox»a yeni və faydalı bir özəllik artırılıb.

Xidmətin rəsmi bloqunda verilən məlumata görə, istifadəçilər artıq sənədləri «skan» edərək, birbaşa «bulud» xidmətinə yükləyə biləcəklər.

«Biz istifadəçilərə analoq informasiyanı «Dropbox»a yerləşdirmək və axtarışı daha əlçatan etmək istəyirik», - xidmətin məhsul direktoru Todd Jackson belə deyib.

Yeni özəllik çap mətninin optik tanınma texnologiyasına əsaslanır. Xidmət «gördüyü» mətni «skan» edir və istifadəçi sənədin içərisindən axtarış apara bilir.

Yenilik,hələ ki, xidmətin iOS versiyasında əlçatandır.

XS
SM
MD
LG