Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Dünyada beyinlə yönləndirilən ilk dron yarışı keçirilib.

Florida Universitetinin təşkil etdiyi bu yarışda ilk dəfə beyin-kompüter interfeysi (BKİ) texnologiyasından istifadə olunub.

Yarışa 16 pilot qatılıb. Onlar beyin dalğalarıyla yönəltdikləri dronları 9 metrlik qapalı meydançada uçurublar.

Pilotların xüsusi «papaqlar» beyindən informasiya toplamağa və dronların uçurulmasına imkan verib.

Dron yarışları son vaxtlar get-gedə yayılır. Hələlik, əyləncə təsiri bağışlayan bu məşğuliyyətin yaxın gələcəkdə ayrıca idman növünə çevriləcəyi gözlənilir.

XS
SM
MD
LG