Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 22:44

Rusiyanın hava və dəniz donanmalarına dron zərbələrinin endirildiyi xəbər verilir


Sergey Kotov keşikçi gəmisini görüntülədiyi deyilən videodan kadr
Sergey Kotov keşikçi gəmisini görüntülədiyi deyilən videodan kadr

Rusiyanın Müdafiə Nazilriyi aprelin 9-da səhər Voronej və Belqorod vilayətləri üzərində dörd təyyarə tipli dronun vurulduğunu xəbər verib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bundan əvvəl xəbər verirdi ki, regionun ərazisində dron zərərsizləşdirilib.

Eyni zamanda Rusiya teleqram kanalları yerli sakinlərə istinadla yazıblar ki, dronlar Voronej vilayəti Borisoqlebsk şəhərində uçuş heyətlərinin hazırlanması üçün Çkalov adına aviasiya mərkəzini hədəfləyiblər.

Xəbərlərdə deyilir ki, ilk dron səhər saat 3 radələrində binanın fasad hissəsində dördüncü mərtəbəyə çırpılıb.

Baza saytının məlumatına görə bir saatdan sonra elə həmin nöqtəyə ikinci dron düşüb. Astra teleqram kanalı yazır ki, xəsarət alan olmayıb.

Ukrayna kəşfiyyatı təsdiqləyib

Bundan bir neçə saat sonra Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (GUR) Borisoqlebsdəki aviasiya mərkəzinin vurulduğunu təsdiqləyib.

GUR nümayəndəsi Andrey Yusov AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib:

"Bəli aviasiya zavodu. Biz müxtəlif mənbələrə istinadla bunu təsdiqləyə bilərik”.

Yusov detalları açıqlamaqdan boyun qaçırıb, amma bildirib ki, “müəssisənin əsas istehsal sahələri sıradan çıxarılıb”.

Bundan daha əvvəl RBK Ukraina agentliyinin və Ukrainskaya Pravda qəzetinin mənbələri bildirmişdilər ki, Borisoqlebsdəki təlim aviasiya mərkəzinə hücumun arxasında məhz Ukrayna hərbi kəşfiyyatı dayanır.

Mənbələrin məlumatına görə əsas istehsalat sexinə ziyan dəyib.

Borisoqlebsk Voronej vilayəti ərazisindədir. Burada böyük hərbi aerodrom və Rusiya hərbi hava qüvvələri pilotlarının təlim-hazırlıq mərkəzi yerləşir.

Aprelin 9-da Rusiya Müdafiə Nazirliyi habelə ilhaq olunmuş Krım yarımadası yaxınlığında Ukraynaya aid “Neptun” raketinin vurulduğunu bildirib.

Uzaq sahillərdə

Aprelin 8-də Ukrayna hərbi kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində Rusiyanın Kalininrqrad vilayətində, Baltik dənizindəki limanda dayanmış Rusiya hərbi gəmisinə zədə yetirildiyi xəbər verilmişdi.

Ukrayna hərbi kəşfiyyatının X platformasına yüklənmiş videosunda bildirilirdi ki, raketdaşıyan Serpuxov gəmisində yanğın baş verib. Qeyd olunurdu ki, gəminin bütün kommunikasiya və avtomatika sistemləri sıradan çıxarılıb.

Ekspertlər qeyd edirlər ki, sabotaj gəminin içərisindən törədilə bilərdi.

The Kyiv Post və Kyiv Independent qəzetləri naməlum kəşfiyyat mənbələrinə istinadla bu hücumun Ukrayna tərəfindən edildiyini yazıblar.

Ukryananın vurduğu Rusiya gəmiləri
Ukryananın vurduğu Rusiya gəmiləri

Ötən ay GUR məlumat vermişdi ki, Ukraynanın dəniz dronları ilhaq olunmuş Krımın sahillərində Sergey Kotov keşikçi gəmisini vuraraq batırıblar.

Fevral ayında Ukrayna hərbçiləri bildirmişdilər ki, yenə də Krım sahillərində Ukrayna dronları ilə Rusiyanın ən böyük desant gəmilərindən biri olan Sezar Kunikov vurulub və raketdaşıyan Ivanovets gəmisi batırılıb.

Rusiya Ukraynanın bu iddialarını şərh etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG