Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

«Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir».

Teatrın bir qədər öncə yaydığı açıqlamada belə deyilirdi. Aktyorun oktyabrın 28-də «Müsyo İbrahim və Quran çiçəyi» tamaşasında çıxış edəcəyi də bildirilirdi. Amma aktyor AzadlıqRadiosuna açıqlamasında teatrla əməkdaşlığının davam etməsi haqda deyilənləri təkzib edib. O, teatrın aktyoru Hikmət Rəhimovun işdən çıxarılması ilə bağlı təzyiqlərə etiraz olaraq işdən çıxdığını bəyan edib.

Gənc aktyor teatrdakı yaradıcı mühitdən, qoyulan pyeslərin bədii dəyərinin olmamasından, buna görə bəzən ona verilən rollardan, elə İlyas Əfəndiyevin pyesindəki rolundan imtina etdiyini söyləmişdi. Bundan sonra Akademik Milli Dram Teatrın rəhbərliyi onun işdən getməklə bağlı ərizə yazmasını istəmişdi.

Bu kiçik xatırlatmadan sonra Fuad Poladovla söhbəti olduğu kimi təqdim edirik.

- Salam, Fuad müəllim.

- Əleyküməssəlam.

- Sabah tamaşa olacaqmı?

- Bəli.

- Onda teatrdan gedişinizlə bağlı deyilənlər həqiqəti əks etdirmir? Teatrda qalırsınız?

- Yox, son tamaşamdır bu. Əvvəlcədən planlaşdırılmış tamaşadır. Onu təxirə salmaq olmazdı.

- Deməli, gedirsiniz?

- Hə.

- Bəs niyə?

- Bu barədə açıqlama vermək istəmirəm.

- Aktyor Hikmət Rəhimovla bağlıdır?

- Bəli, bəli.

- Bəlkə getmək çıxış yolu deyil? Qalıb Hikmətin geri qaytarılması üçün nəsə etmək olardı? Nüfuzunuzdan istifadə edə bilərdiniz bəlkə...

- Onu rəhbər işçilər həll edirlər. Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər.

- Siz özünüz bu durumu necə dəyərləndirirsiniz? Aktyor mətbuata müsahibəsində teatrdakı mühit haqda, sadəcə, öz fikirlərini ifadə edib. Buna görə niyə sıxma-boğmaya salınmalıdır ki?

- Bu, artıq müsahibə oldu, hə? Mənsə bu haqda başqa açıqlama vermək istəməzdim.

- Sizi televiziyalara da dəvət etmirlər, deyəsən?

- Çoxdandır dəvət etmirlər. Çoxdandır. Amma deyəsən, tilsimi sındırıblar. Srağagün ATV-nin «Geriyə baxanda» verilişinə dəvət etdilər. Çəkildi. Amma daha bilmirəm efirə buraxacaqlar, ya yox. Bazar günü efirə getməlidir.

- Birdən teatr rəhbərliyi Sizi işdən buraxmadı? Ərizənizi qəbul etmədi?

- Necə yəni, onların istəməyi ilə deyil ki. Bu elə bir şeydir ki, onu mən həll edirəm! Onlar həll etmir. Mən qərar verəndə heç vaxt qərarımı dəyişmirəm.

- Onda Sizin tamaşalara Rus Dram Teatrında baxmalı olacağıq?

- Ora mənim iş yerimdir. Oradan çıxmamışdım ki. Fəaliyyətimi davam etdirirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG