Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

-

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəslə bağlı yeni məlumat yayıb.
Məlumatda qeyd edilir ki, aprelin 8-də Bakı vaxtı ilə saat 15:00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

«ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15:00-dan 20:00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır»,-deyə Müdafiə Nazirliyi bildirir.

Aprelin 1-dən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə etmişdilər. Ancaq tərəflər atəşkəsin pozulması ilə bağlı bir-birlərini ittiham edirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG