Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

►"Tək qorxum yaxın keçmişdəki acı «Barmek” təcrübəsi ilə bağlıdır"

Milli Məclisdə müzakirə olunan "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsinin 2-ci oxunuşu başa çatıb.

Layihə qanunlaşsa, maliyyələşdirmə "Tik, idarə et, təhvil ver" (TİT) modelinə uyğun aparılacaq.

Dövlətlə özəl sektorun qarşılıqlı əməkdaşlığını nəzərdə tutan bu mexanizmi uzun müddətdən bəri müstəqil ekspertlər də təklif edirdilər.

“Qanun layihəsi qəbul olunsa...”

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsini hazırladığı vaxtdan bir neçə il ötüb. Mərkəzin rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul deyir ki, dünyada dövlətlə özəl sektorun 20-ə yaxın tərəfdaşlıq mexanizminə təsadüf olunur: “Qanun layihəsi qəbul olunsa, xarici və yerli şirkətlər dövlətin tikinti və infrastruktur obyektlərinə dair investisiya layihələri üzrə tenderlərdə iştirak edə biləcəklər”.

Bu obyektlərdən söhbət gedir:

- körpülər, tunellər;

Qalib Toğrul

Qalib Toğrul

- su anbarları, sutəmizləmə qurğuları, eləcə də suvarma, içməli, məişət su və kanalizasiya sistemləri;

- xəbər və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri; - kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və oxşar obyektlər; - idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları, təbiət parkları, qoruqlar; - sənaye parkları, texnologiya parkları, aqroparklar, yüksək texnologiyalalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və digər informasiya texnologiyaları sistemləri;

- hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər obyektlər; - geotermik və tullantı istiliyinə əsaslanan obyekt və qızdırıcı sistemlər, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr; - şoselərin, nəqliyyatın sıx olduğu magistral yollar, dəmiryol və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, loqistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyalar;

- xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

“Ən bariz nümunə “Barmek” olub”

Q.Toğrul bildirir ki, burada tikinti deyərkən, obyektin təkcə inşasından deyil, cari və əsaslı təmirindən, yenidən qurulmasından və bərpasından da söhbət gedir:

“Beləliklə, məlum olur ki, qanunun qəbulundan sonra kommunal xidməti göstərən müəssisələrin, dəmiryol, aeroport və dəniz limanlarının xüsusi maliyyələşmə əsasında idarəetməyə verilməsi mümkün olacaq. Hasilatın pay bölgüsü sazişlərini nəzərə almasaq, yaxın keçmişdə dövlət-özəl sektor tərəfdaşlığının ən bariz nümunəsi Bakının elektrik paylanması və satışı sisteminin Türkiyənin “Barmek” şirkətinə 25 illiyə idarəetməyə verilməsi olub. Təəssüf ki, müqavilə nəzərdə tutulduğu müddətdə icra olunmayıb, birtərəfli qaydada pozulub”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Xarici investorların ölkəmizə inamını qaytarmaq çətin olacaq”

Ekspertin sözlərinə görə, qanun layihəsi İTM-nin tövsiyələrinə uyğundur:

“Düzdür, biz daha geniş tərəfdaşlıq modellərini nəzərdə tutan qanun layihəsi hazırlayıb dövlət qurumlarına təqdim etmişdik. Ancaq buna da şükür! Tək qorxum yaxın keçmişdəki acı «Barmek” təcrübəsi ilə bağlıdır. Düşünürəm ki, xarici investorların ölkəmizə inamını qaytarmaq çətin olacaq. Hər halda yerli investorlara bu tərəfdaşlıq mexanzimi yeni imkanlar vəd edir. Ancaq hər şey prosesin necə şəffaf həyata keçirilməsindən asılı olacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG