Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

Ekspertlərin bir təklifi də həyata keçdi: Pensiya Fondu birləşdirildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

-

Prezident İlham Əliyev ötən ilin sonunda vəd etdiyi struktur islahatlarını davam etdirir. Milli Təhlükəsizlik Nazirliyinin 2 ayrı dövlət qurumuna ayrılmasından sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ləğv edilməsi ayrıca diqqət doğurub. Prezident fərmanı ilə DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu» adlandırılıb.

Fərmanda qeyd olunur ki, bu islahatın bir hədəfi də əmək pensiyaları və digər sosial ödənişlərin təyinat baxımından «bir pəncərə» prinsipi ilə təşkilinin təmin edilməsidir.

Ekspert və qeyri-hökumət təşkilatlarının illərdir səsləndirdiyi təklif, axır ki, gerçəkləşdirilib.

«PENSİYA SİYASƏTİ HÖKUMƏTİN SOSİAL SİYASƏTİNİN…»

Xatırlatmağa dəyər ki, sözügedən təklif İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 6 il öncə təqdim etdiyi struktur islahatları konsepsiyasında da əksini tapıb. Mərkəzin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov DSMF-nin nazirliyə birləşdirilməsinə təkcə büdcə vəsaitinə qənaət kimi yanaşmır: «Bu sahədə idarəetmənin səmərəliliyi də artacaq, üstəlik, sosial siyasətin idarə edilməsi əlaqələndiriləcək. Beləcə, pensiya siyasəti hökumətin sosial siyasətinin daha sıx elementinə çevrilə bilər».

V.Bayramovun fikrincə, sözügedən nazirliyə Səlim Müslümovun rəhbərlik etməsini və onun bu sahədə ixtisaslaşdığını nəzərə alanda, fondun nazirliyə birləşdirilməsi institusional islahat olmaqla yanaşı, çevik idarəçiliyə də imkan yaradacaq.

«İSLAHATIN ARDI GƏLMƏLİDİR»

İqtisadçı ekspert Nazim Məmmədov islahatın davam etdirilməsini vacib sayır: «Sosial sığortahaqqını və gəlir vergisini birləşdirib, 20 faizlik sosial vergi tətbiq etmək və onun yığımını Vergilər Nazirliyinə vermək lazımdır. Gömrük Komitəsini xidmətə çevirərək, Vergilər Nazirliyinə birləşdirməksə növbəti addım olmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG