Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:04

Dövlət şirkətlərinin borcunu əhali ödəyir...


►İlk dəfədir ki, dövlət zəmanətiylə alınan borcların Təminat Fondunun xərcləmələri açıqlanıb

Maliyyə Nazirliyi dövlət zəmanətiylə alınan borcların Təminat Fondunun xərcləmələri haqda təfərrüatları açıqlayıb. Belə bir addım ilk dəfə atılır.

Bəs 27 milyon manat nəyə xərclənib?

2015-ci ilin dövlət büdcəsinin icrasına dair sənəddə qeyd olunur ki, xaricdən dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bağlanmasına 160 milyon manat yönəldilib.

Bunun 132,9 milyon manatı «Azərsu» və «Azərkosmos» ASC-lərin borc öhdəliklərinin tam və ya qismən icrasına xərclənib. Yerdə qalan təxminən 27 milyon manatın nəyə xərcləndiyi bildirilmir.

Maraqlıdır ki, əvvəlki illərdə səhmləri dövlətə məxsus şirkətlərin xaricdən dövlət zənanəti ilə cəlb etdikləri kreditlərin dövlət büdcəsi hesabına qaytarılması haqda xırdalıqlar açıqlanmazdı.

Hökumət dövlət şirkətləri borclarının büdcə hesabına qaytarılmasını«dövlət zəmanəti üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliklərini çevik və səmərəli idarə etmək və vaxtında yerinə yetirilməsini təmin etmək» məqsədiylə əsaslandırır.

Samir Əliyev
Samir Əliyev

Üç il öncə dövlət “əlini cibinə salmamışdı”

İqtisadçı Samir Əliyev AzadlıqRadiosuda deyib ki, dövlət büdcəsinin icrasına dair Maliyyə Nazirliyinin geniş hesabatı Açıq Büdcə İndeksi üzrə öhdəliklərinin tərkib hissəsidir və son illər hesabatlılıq sahəsində bəlli irəliləyiş var.

Ötən il bəzi dövlət şirkətləri onların yerinə ödənilən kreditin bir hissəsini – 8,3 milyon manatı dövlət büdcəsinə geri ödəyiblər.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

İki il öncə dövlət zəmanətiylə alınmış kreditlərin vaxtında ödənilməsi daha çətin başa gəlirdi. O vaxt dövlət bedcəsindən krediti qaytara bilməyənlərin əvəzindən 310,8 milyon manat ödənilmişdi. 2013-cü ildə dövlət «əlini cibinə salmamışdı». Daha bir il öncə isə dövlət zəmanətiylə alınan borcların Təminat Fondunun xərcləri 92,5 milyon manat olmuşdu.

Bir məqam da diqqət çəkir ki...

...Dövlət şirkətləri vəsaitə olan ehtiyacını təkcə xaricdən cəlb edilən kreditlərlə yox, həm də Mərkəzi Bankdan (MB-dən) aldıqları vəsait hesabına ödəyirlər.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov bu məsələni şərh edərkən deyib ki, Hesablama Palatası bir sıra dövlət təşkilatlarını (Azərenerji, AZAL və s.) yoxlayıb və onların MB-dən götürdükləri kreditləri qaytarmadığını müəyyənləşdirib. O bu yoxlamadan doğan ritorik sualları da dilə gətirib:

«Görəsən, həmin təşkilatların rəhbərləri dövlət vəsaitindən necə istifadə edib ki, krediti ödəyə bilmirlər? Görəsən, bankları borclu əhalinin üstünə salan MB həmin təşkilatları niyə məhkəməyə vermir? Niyə onların rəhbərlərinin üzərinə kollektorları göndərmir?».

Mərkəzi Bank yoxlansa, daha yaxşı olar?

Ə. Həsənovun fikrincə, Mərkəzi Bank istər banklara, istərsə dövlət təşkilatlarına kreditləri qeyri-şəffaf şəraitdə verir. Hüquqşünas deyir ki, Hesablama Palatası Azərenerji və AZAL kimi «xırda» təşkilatları deyil, MB-ni yoxlasa, daha yaxşı olardı.

XS
SM
MD
LG