Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Teatr direktoruna 7 il 6 ay həbs cəzası verildi


Şıx çimərliyi yaxınlığında yerləşən «Dostluq» parkında torpaq sahələrinin alğı-satqısı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən üç nəfərə hökm oxunub. Təqsirləndirilən şəxslərdən 7 saylı Mənzil-İstismar Sahəsinin rəisi Famil Quliyev 7 il, Səbail rayonu, Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov və daşınmaz əmlak alğı-satqısı ilə məşğul olan Tərlan Hüseynovun hər biri isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax-Təqsirləndirilən teatr direktoru Heydər Əliyevdən sitat gətirdi

«Üns» Teatrının direktoru olan Tərlan Hüseynovun vəkili İlhamə Həsənova hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Ötən ilin mayında prezident İlham Əliyev «Dostluq» parkındakı villaları «qanunsuz» adlandırmış və onların sökülməsinə göstəriş vermişdi. Daha sonra villaları musiqi sədaları altında sökdürən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 mindən çox ağac əkiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG