Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

►İlham Əliyev: "Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun"

Ötən il mayın 20-də Prezident İlham Əliyev müşavirədə Bakıdakı qanunsuz tikililərdən danışmış, xüsusən Şıx çimərliyinin yaxınlığındakı "Dostluq" parkındakı villaların sökülməsi haqda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göstəriş vermişdi.

Həmin müşavirədən bir neçə gün sonra Abutalıbov əraziyə musiqiçiləri də yığıb, çal-çağırla orada bir neçə villanı sökdürmüşdü.

JEK MÜDİRİ VƏ BAŞ MEMAR

Ardınca da cinayət işi başlandı və paytaxt sakini, 1972-ci il təvəllüdlü Tərlan Hüseynov parkın ərazisindəki torpaq sahələrinin qanunsuz alqı-satqısında təqsirləndirilərək həbs olundu.

Bu iş üzrə istintaq Bakı Şəhər Baş Polis İdarəsində aparılırdı. Tərlan Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürüldü. Tərlan Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir. (Ardı aşağıda)

"Dostluq" parkı söküntüdən sonra

Tərlan Hüseynovdan sonra daha iki nəfər həbs olundu - 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov.

Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən iclasda işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Məhkəmə baxışı iyunun 7-nə təyin olunub.

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmənin ikili standartı
Zaqatalada vəzifəli şəxslərin saxlanıldığı bildirilir

____________________________________________________________

10 MİN ƏDƏDDƏN ÇOX AĞAC ƏKİLƏCƏKDİ

İlham Əliyev müşavirədə "Dostluq" parkındakı villalar barədə belə demişdi:

"Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşdüm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, “gedin, o villaları dağıdın, qoy onları tikənlərə dərs olsun”. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir. Dedim ki, “gedin öyrənin ki, bu villaları kimlər tikir”. Heç bir adam çıxmadı. Dedim ki, “gedin, bir villanı sökün, görək bunun arxasından kim çıxacaq”, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz!"

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.

Buna da bax: Savçenko xəbərdarlıq etdi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG