Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

2017-ci ildən 9 illik üzrə buraxılış imtahanları iki mərhələdə keçiriləcək.Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncədə 9 illik buraxılış üzrə imtahan qaydalarının dəyişdiyini deyib.

APA -nın məlumatına görə, Məleykə Abbaszadə birinci mərhələnin 3 ay çəkəcəyini bildirib:

“I mərhələ fevral-mart aylarında keçiriləcək. Bu mərhələdə Azərbaycan dili və riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Bu il 9-cu sinfə aid olan nümunələr “Abituriyent” jurnalında qaydalarla birgə dərc olunacaq. Hazırda biz müəllimlər üçün seminarlar keçiririk”.

“Birinci mərhələ 3 ay çəkəcək”

Məleykə Abbaszadə deyib ki, yeni qaydalara əsasən, I mərhələdə qiymətləndirmə və nəticələr 3 ay ərzində yoxlanılacaq:

“Çünki yazı işlərini müəllimlər yoxlayacaq, qiymətləndirməyə heç kim təsir edə bilməyəcək. Bu il 9-cu sinifdə oxuyan 113 min şagirdin 60 mindən çoxu monitorinq imtahanlarına qatılıb. 4 il ərzində monitorinq imtahanlarının nəticələri məktəblərə göndərilib, müəllimlər nəticələrlə tanışdır. Biz hazırda bu imtahanlara tam elmi-metodiki cəhətdən hazırıq. Tapşırıqlar imtahana hazırlaşan uşaqların səviyyəsində olacaq”.

II mərhələ iyun ayında keçiriləcək. Bu mərhələdə şagirdlərə yalnız qapalı testlər təqdim olunacaq, sədr deyib.

“Esse yazmamaq da olar, ancaq...”

Onun sözlərinə gorə, I mərhələdə şagirdlər maksimum 70 bal toplaya bilər:

“ I və II mərhələnin nəticələrini üst-üstə hesablasaq maksimal bal 100 edir. I mərhələdə şagirdlərə Azərbaycan dilindən esse təqdim olunacaq. Şagird esseni iyazmaya da bilər, amma esseni yazmayan kəs bilməlidir ki, bununla 11-ci sinfi bitirəndə qızıl və ya gümüş medal, xüsusi attestat almaqdan məhrum olacaq. Buna görə də esseni yazmaq mütləqdir”.

Məleykə Abbaszadə 9 illik baza üzrə orta ixtisas müəssisələrinə (kolleclərə) qəbulun bu il də buraxılış imtahanlarının nəticəsinə əsasən aparılacağınıdeyib vəvalideynlərə müraciət edib:

“9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ki, müsabiqədə iştirak etsinlər. Mən valideynlərin narahatlığını yaxşı başa düşürəm. Narahatlıq üçün heç bir əsas yoxdur, uşaqların biliyinə bələdik. Çünki biz 5-ci sinifdən onların biliyini yoxlamışıq, buraxılış imtahanında istifadə ediləcək tapşırıqlar da onların səviyyəsinə uyğun hazırlanıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG