Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

2008 Yay Olimpiya Oyunlarının daha bir neçə iştirakçısında dopinq aşkarlandığı bildirilir.

APA-nın xəbərinə görə, onların arasında azərbaycanlı ağır atlet də var.

Sərdar Həsənov da dopinqdə «ilişib». S.Həsənov Pekin Olimpiadasında dopinqdən istifadə etmədiyini deyirdi. Ancaq göründüyü kimi, Beynəlxalq Atletika Federasiyası onunla eyni fikirdə deyil.

S.Həsənova qədər isə Azərbaycan yığmasının digər üzvü Boyanka Kostova da London Olimpiadasında dopinqdə günahlandırılıb.

Azərbaycan ağırlıqqaldıranları Beynəlxalq Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir.

ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Azərbaycan idmançılarından Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov və İntiqam Zairov 8 il yarışlardan kənarlaşdırılıb. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək sürəcək. Həmçinin Hristov-un həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və Azərbaycan yığması son olimpiada öncəsi qazandığı 2 lisenziyadan məhrum edilib.

Bir neçə gün əvvəl isə açıqlanmışdı ki, Azərbaycan Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara «tabe olmayan» ölkələr siyahısına salına bilər.

WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etməkdən ötrü Azərbaycan və bir neçə başqa ölkəyə noyabrın 10-na kimi vaxt verildiyi bildirilirdi.

İndi ölkə parlamenti dopinqlə mübarizə qanunu qəbul etməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG