Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Parlament dopinqlə mübarizə qanunu qəbul edir


Foto illüstrasiya
Foto illüstrasiya

Ölkə parlamenti «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə» Qanununu qəbul etməyə hazırlaşır. Parlamentin Gənclər və idman komitəsi oktyabrın 24-də layihəni plenar iclasa tövsiyə edib.

APA-nın xəbərinə görə, komitə sədri Fuad Muradov ölkədə yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını bildirib. Dopinq problemini araşdırdıqlarını bildirən komitə sədri qanun layihəsinin müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlandığını deyib.

8 fəsil, 42 maddədən ibarət olan layihə Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsini nəzərdə tutur. Agentlik nəzdində Apellyasiya Komissiyası, İdman Arbitrajı yaradılacaq. Bunun dopinq problemi yaşayan idmançılara öz hüquqlarını qorumağa yardım edəcəyi bildirilir.

Yeni qanunun qəbulundan əlavə, parlament yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar, cəzalar tətbiq edilməsi məsələsinə də baxıb. Komitədə «Bədən tərbiyəsi və idman haqqında» Qanun da diqqət mərkəzində olub. Bu qanuna idman yarışlarının manipulyasiyasının qadağan olunduğu əlavənin edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinə isə idman yarışlarının manipulyasiyasına görə cəzalar daxil ediləcək. Belə əməllərə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 3 ildən 6 ilədək həbs cəzası təklif olunur.

Son illərdə azərbaycanlı idmançıların adı tez-tez dopinq qalmaqallarında hallanır.

2014-cü ildə 2013-cü ilin nəticələrinə görə 18 ağır atlet dopinqə görə cəzalandırılıb. 2015-ci ildə daha 6 ağır atletdə dopinq aşkarlandığı bildirilib. Buna görə Azərbaycan builki Rio Olimpiadasındakı iki lisenziyasından məhrum edilib. Bu yaxınlarda da Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Bir neçə gün əvvəl isə açıqlanmışdı ki, Azərbaycan Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara «tabe olmayan» ölkələr siyahısına salına bilər.

WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etməkdən ötrü Azərbaycan və bir neçə başqa ölkəyə noyabrın 10-a qədər vaxt verildiyi bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG