Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Rusiya prezidenti Vladimir Putin beynəlxalq antidopinq strukturları ilə əməkdaşlıq etməyin zəruriliyi barədə bəyanat verib.

Rusiya prezidenti Vladimir Putin beynəlxalq antidopinq strukturları ilə əməkdaşlıq etməyin zəruriliyi barədə bəyanat verib.

O həmçinin Rusiya yüngül atletika idmaçılarının sistematik qaydada dopinqdən istifadə etmələri barədə Dünya Antidopinq Agentliyinin (World Anti-Doping Agency) iddialarının təhqiq olunmasına göstəriş verib.

Prezident bildirib ki, Rusiya bu iddialar barədə öz daxili təhqiqatını aparmalı və beynəlxalq antidopinq strukturları ilə peşəkar səviyyədə əməkdaşlıq etməldir.

Putin bu barədə bəyanatı Soçidə, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına hazırlığa həsr olunmuş müşavirədə səsləndirib.

Dopinqə görə cinayət məsuliyyəti

Öz növbəsində idman naziri Vitali Mutko deyib ki, Rusiyada dopinqdən istifadəyə görə inzibati cəzalar sərtləşdiriləcək. Onun sözlərinə görə, bu sahədə, lazım gələrsə, cinayət məsuliyyəti tətbiq oluna bilər.

Eyni zamanda nazir bundan əvvəlki olimpiya oyunlarının nəticələrinin ləğv olunması əleyhinə çıxış edib və bildirib ki, beynəlxalq strukturlar Rusiya atletlərinin rəqabət gücünü məhdudlaşdırmağa çalışır.

Dünya Antidopinq Agentliyi çərşənbə günü Moskvadakı Rusiya Antidopinq Mərkəzinin lisenziyasını ləğv edib. Beynəlxalq təşkilat Moskva laboratoriyasını dopinq analizlərinin nəticələrini məhv etdiyinə görə kəskin tənqid edib.

Agentlik, habelə Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasından Ümumrusiya Yüngül Atletika Federasiyasını təşkilatdan çıxarmağı xahiş edib.

Bundan əvvəl, ötən çərşənbə axşamı Kreml, Dünya Antidopinq Agentliyinin Rusiya idmançılarının sistematik olaraq dopinqdən istifadə etməsi barədə ittihamlarını əsassız adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG