Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

22:08 4.5.2014

Bölgədən son xəbərlər


- Luqanskda separatçıların qərarlaşdığı Təhlükəsizlik xidmətinin bansında atışma olub.

- Odessa polisi mayın 2-də iğtişaşlara görə saxlanılmış 67 nəfərin azad edib. Rusiyameylli fəalların Odessa polis şöbəsinə hücumundan sonra baş verən hadisənin prokurorluğun göstərişi ilə həyata keçiridlidyi elan olunsa da, Odessa prokurorluğu belə bir qərar vermdəiyini bildirir.

- Donetsk vilayətinin Novoqradovka şəhərində 6 kömürcünün girov götürüldüyü haqda xəbər yayılıb.

- Odessada aqressiv Rusiyameyli şəxslər Ukraynanın 5-ci kanalının çəkiliş qrupuna hücum ediblər. Hadisə canlı efirdə baş verib. 5-ci kanal hücum edən şəxslər haqda tədbir görülməsini, medianın sərbəst işinin təmin olunması haqda bəyanat yayıb.

Davamı

XS
SM
MD
LG