Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

'Bomba' məqalə


Donald Trump
Donald Trump

►Trump heç də uğurlu biznesmen deyilmiş. 1 milyard ziyana düşübmüş...

Seçki kampaniyasında isə o özünü başqa cür təqdim edir...

«The New York Times» qəzeti ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trump-ın 1995-ci ildə doldurduğu vergi bəyannaməsi ilə bağlı maraqlı sənəd əldə edib.

Məlum olub ki, Trump 1995-ci ildə federal gəlir vergisi ilə bağlı bəyannaməsində 900 milyon dollar həcmində itki verdiyini göstərib. Bununla da o, növbəti 18 il ərzində ödədiyi vergilərlə bağlı ciddi güzəştlər əldə edib.

Qəzet yazır ki, bu vergi güzəştlərinə əsas verən itkilər Atlantik Siti şəhərindəki üç kazinonun idarəçiliyindəki səhvlər, Trump-ın hava daşımaları biznesinə başlamaq cəhdinin uğursuzluğu və onun Manhettendəki «Plaza» otelini satın almasından qaynaqlanıb.

TƏKZİB ETMƏYİBLƏR

Trump-ın seçki kampaniyasının təşkilatçıları bildiriblər ki, «The New York Times» bu sənədləri qeyri-qanuni əldə edib. Ancaq onlar sənədlərdəki məlumatları danmayıblar.

Amerika qanunvericiliyi prezidentliyə namizədlərin vergi bəyannamələrini ictimaiyyətə açıqlamasını tələb etmir. Ancaq 1972-ci ildən bəri bütün namizədlər bunu ediblər. Trump isə öz vergi hesabatlarının dərcindən imtina edib.

Buna da bax-İlk debatı kim qazandı?

Prezidentliyə namizədlərin ilk teledebatı zamanı Demokratlar Partiyasının namizədi Hillary Clinton bildirmişdi ki, Trump-ın öz vergi tarixçəsini açıqlamaq istəməməsinin arxasında «dəhşətli şeylər» gizlənə bilər.

«BOMBA»

Clinton Trump-ı federal gəlir vergisini ödəməməkdə ittiham edəndə, respublikaçıların namizədi belə demişdi: «Bu, mənim daha ağıllı olmağımı göstərir».

Hillary Clinton-un seçki kampaniyasının meneceri Robby Mook «The New York Times»da çıxan məqaləni «bomba» adlandırıb. O bildirib ki, məqalədə yazılanlar respublikaçı namizədin biznesdəki nəhəng uğursuzluqlarına dəlalət edir. Mook əlavə edib ki, bundan sonra «Trump özünün nə dərəcədə «ağıllı» olduğunu göstərməkdən ötrü öz vergi sənədlərini mütləq dərc etməlidir».

Trump-ın seçki qərargahı «The New York Times» qəzetini ittiham edərək bildirib ki, məqalə «Clinton-un seçki kampaniyasının davamıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG