Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

Tərəfdarları Donald Trumpdan imtina etməyə başlayır


ABŞ prezidentliyinə namizəd Donald Trump (soldan)

ABŞ prezidentliyinə namizəd Donald Trump (soldan)

ABŞ-da prezident seçkisinə az qalmış respublikaçı senatorların bəzisi namizədləri Donald Trump-dan imtina etməyə başlayıb.

Politico portalı yazır ki, Trump-ı dəstəkləyən respublikaçıların çoxu onun 2005-ci ildə yayılmış video görüntülərində qadınlar haqqında nəlayiq söhbətindən rəncidə olub.

Respublikaçılar Partiyasının milli komitəsinin yüksək rütbəli bir neçə üzvü Donald Trumpın namizədliyinin ləğvini müzakirə edir. Ancaq bu, seçki qabağı xeyli çətinliklər yarada bilər, çünki seçki bülletenləri çap edilib, bəzi yerlərdə səsvermə artıq başlanıb.

Oktyabrın 9-da demokratların namizədi Hillary Clintonun Donald Trump-la ikinci teledebatı olacaq.

Donald Trump video görüntülərdə yayılan söhbətini “kişi söhbəti” adlandırıb, üzr istəyib və bildirib ki, Bill Clinton da qadınlardan sui-istifadə edib və Hillary Clinton onun qurbanlarına hücum edib, onları utandırıb.

Hillary Clinton isə onun şərhini “dəhşət” adlandırıb.

Yayılan video-görüntüdə Donald Trump istənilən qadını ələ ala bilməyi ilə lovğalanır və bir ərli qadını ələ keçirmək cəhdlərindən danışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG