Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:18

Trump-ın müşaviri milyonlarla dollar qonorar almaqda ittiham olunur


ABŞ-da prezidentliyə namizəd Donald Trump-ın seçki kampaniyasına başçılıq edən Paul Manafort.

ABŞ-da prezidentliyə namizəd Donald Trump-ın seçki kampaniyasına başçılıq edən Paul Manafort.

Mühasibat kitablarında Manafort-un adı (soyadı yox, məhz adı) 22 dəfə çəkilir
Kiyevdə 2007-2012-ci illər arasında indi Donald Trump-ın seçki kampaniyasına başçılıq edən Paul Manafort-a 13 milyona yaxın dollar ödəndiyi barədə qeydlər üzə çıxıb.

Paul Manafort 2004-2010-cu illərdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukovich-in müşaviri kimi çalışıb. Yanukovich 2014-cü ilin fevralında kütləvi etiraz nümayişləri fonunda Ukraynanı tərk edib.

“The New York Times” xəbər verib ki...

Avqustun 14-də "The New York Times" xəbər verib ki, sözügedən mühasibat kitablarını, Yanukovich-in prezidentlik dönəmində geniş yayılan korrupsiyanın sübutu kimi, Ukraynanın Antikorrupsiya Komitəsi araşdırır.

Mühasibat kitablarında Manafort-un adı (soyadı yox, məhz adı) 22 dəfə çəkilir. Belə görünür ki, söhbət 2007-2012-ci illər arasında ödənilmiş 12,7 milyon dollardan gedir.

Manafort məsələyə aydınlıq gətirməkdən qaçıb

Sənədlər Manafort-un Ukraynada bir kabel televiziyası aktivlərini 18 milyon dollara almaqla bağlı şübhəli sövdələşməsinə və bu kontekstdə rusiyalı oliqarx Oleq Deripaska ilə bağlantılarına da işarə edir.

Manafort "The New York Times"a müsahibə verməkdən boyun qaçırıb. Onun vəkili Manafort-un "heç bir nəğd pul" almadığını bildirib. Vəkil Manafort-un hər hansı qanunsuz hərəkətlərə haqq qazandırmasını və ya belə davranışlara qatıldığını da inkar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG