Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:28

ABŞ-da prezident debatları: Kennedy-Nixon-dan Clinton-Trump-a qədər…


Demokrat Hillary Clintonun və respublikaçı Donald Trump-ın üzbəüz debatı olacaq
Demokrat Hillary Clintonun və respublikaçı Donald Trump-ın üzbəüz debatı olacaq


Sentyabrın 26-da amerikalılar indiyə kimi bir-birinə ittihamlar yağdıran prezidentliyə əsas rəqib namizədlər demokrat Hillary Clintonun və respublikaçı Donald Trump-ın üzbəüz debatını izləyəcəklər.

ABŞ təcrübəsində belə debatlar xüsusilə, rəqiblər arasında seçim etməkdə tərəddüd yaşayan seçicilərin mövqeyini müəyyənləşdirməyə kömək edir.

8 NOYABR SEÇKİLƏRİNİN QALİBİ KİM OLACAQ?

Sentyabrın 26-na nəzərdə tutulan ilk debatda rəqiblər öz iddialarını bir daha ortaya qoymaqla qalibiyyətə gedən yolu hamarlaşdıra və ya daş-kəsəyə çevirə bilərlər.

Clinton və Trump arasında ilk debat Nyu Yorkda, Hofstra Universitində baş tutacaq.

Prezidentliyə namizədlər arasında ritorik mübahisələr ilk dəfə 1960-cı ildə televiziya ilə yayımlanıb və Amerika siyasi tarixinə maraqlı anlar, sitatlarla həkk olunub.

Reuters bəzi bəzi debatlardan maraqlı məqamları bir sapa düzüb:

NİXON QRİMDƏN İMTİNA EDİR

1960: 70 milyonluq tamaşaçı ilk dəfə televiziyada Amerika prezident seçkisində namizədlər respublikaçı Richard Nixon və demokrat John F. Kennedy-nin debatına baxıblar. Xəstəxanadan yenicə çıxan Richard Nixon qrimdən imtina edib, 5 saat kölgədə qalıb. Əksinə, Kennedy-nin görünüşü normal və xarizmatik olub. Tamaşaçılar nə eşitdiyinə yox, nə gördüyünə hədəflənib və nəticədə Kennedy seçkini udub.

1976: Demokratların namizədi Jimmy Carter-in Gerald Ford-la debatı. Həmin debatda Ford deyib:

"Burda Sovetin Şərqi Avropadakı dominatlığı yoxdur. Nə qədərki Ford adminstrasiyası var, olmayacaq da".

Analitiklər hesab edirlər ki, Fordun bu sözləri Carterə seçkini qazanmağa kömək edib.

1980: Carter respublikaçıların namizədi Ronald Reagan-la debatda onu yaşlı insanlar üçün tibbi xidmətin maliyyələşdirilməsi planına görə tənqid edib. Reagan isə Carterə bir çox məsələlərin öhdəsindən gəlmədiyini vurğulayıb və auditoriyada gülüş oyadan “Siz yenə də gedin” deyib. Seçkini Reagan qazanıb.

1984: 73 yaşlı Reagan demokratların namizədi, 56 yaşlı Walter Mondale üçün deyib ki, o, yaş məsələsini qabartmasa da, “onun rəqibi gənc və təcrübəsizdir”. Reagan yenidən seçilib.

1992: İlk dəfə üç namizəd arasında debat keçirilib: George H.W. Bush, demokratların namizədi Bill Clinton və müstəqil namizəd Ross Perot bir platformanı paylaşıblar. Seçkini Clinton udub.

1996: Respublikaçı Bob DoleBill Clintonun ikinci debatında bir tələbə Dole-dən soruşub ki, gənclərin ehtiyaclarını anlamaq üçün özünü qoca sayırmı? Bob Dole deyib ki, bu yaşda onun təcrübəsi və dərrakəsi bu deməkdir ki, o, müdriklik qazanıb. Clinton isə müdüxilə edərək deyib ki, Dole-ni prezident olmaq üçün qoca saymır, o, Dole-nin ideyalarının yaşını sorğulayır.
Həmin seçkini də Bill Clinton qazanıb.

2000: Vitze prezident Al Gore və republikaçı namizəd George W. Bush üç dəfə debata çıxıblar. İkinci debatda Bush deyib ki, hamı səhv edir:

“Mən də bir-iki dəfə sözü düzgün tələffüz etməmişəm”. Seçkini Texas qubernatoru, keçmiş prezidentin oğlu George Bush udub.

2012: Obama respublikaçı namizəd Mitt Romney-lə ilk debatda uğursuzluqla üzləşmişdi. Ancaq ikinci debatda Romney ona ünvanlanan qadın bərabərliyi ilə bağlı suala verdiyi cavabla özünü rüsvay etmişdi. Romney demişdi ki, onun dövlət vəzifələrinə namizədləri arasında qadınlar var, ancaq bu fikri belə ifadə etmişdi:

“Kabinet postlarına namizədlər arasında bir “qovluq qadın” namizəd var”.

Onun sözləri sosial şəbəkələrdə, mediada uzun-uzadı tənqid hədəfi oldu və seçkini Obama qazandı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG