Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

«Azərbaycan Donald Trump-la səmərəli əməkdaşlığa ümid edir».

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Donald Trump prezident seçilib:

«Azərbaycan prezidenti İlham Əliyev də Donald Trump-ı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki, Donald Trump-ın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG