Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Donald Trump-ın prezident seçilməsinə Azərbaycandan reaksiyalar- [VİDEO]


Donald Trump-ın ABŞ prezidenti seçilməsinə Azərbaycandakı siyasi liderlərdən və YAP-dan reaksiyalar.

"Amerikanı bir şəxsin iradəsi idarə etmir" - Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu fikirdədir. O da digər siyasətçilər kimi ABŞ-ın siyasətində köklü dəyişiklik gözləmir. Azərbaycana gəldikdə isə təəssüflə bildirir ki, Amerika Azərbaycanla münasibətləri Rusiya kontekstində qurur. Yəni, hər şey ABŞ-ın Rusiya ilə münasibətindən aslıdır:


AXCP sədri Əli Kərimlinin də ABŞ-ın yeni administrasiyasından elə də çox gözləntisi yoxdur. İstər insan haqları və demokratiya, istər də Qarabağ münaqişəsinin həllində. Amma Əli Kərimli deyir ki, yeni administrasiya Rusiya ilə münasibətlərə yenidən baxacaq, bu da regiona təsir edə bilər:

Millət vəkili Fuad Muradov düşünür ki, hansı siyasi partiyanın ABŞ hökumətinə rəhbərlik etməsindən aslı olmayaraq, Azərbaycan Ağ Evlə əməkdaşlığı hər zaman davam etdirib. Fuad Muradov bundan sonra da yeni administrasiya ilə əməkdaşlıqda ciddi bir dəyişiklik gözləmir:


Ümid partiyasının sədri İqbal Ağazadə isə deyir ki, 8 noyabrda təkcə ABŞ-da prezident seçilmədi, həm də bütün dünyaya təsir edəcək bir xətt müəyyənləşdi. Onun fikrincə, Donald Trumpun seçki kampaniyasındakı çışıları elə də ürəkaçan mənzərə vəd etmir. İqbal Ağazadə Donald Trump kimi ziddiyyətli bir şəxsin prezident seçilməsini heç arzulamazdı:

Resbulikaçı Alternativ Hərəkatının icra katibi Natiq Cəfərli düşünür ki, Hillary Clinton seçilsəydi insan haqları, azadlıqların təminatı yönündə basqılar artardı, Donald Trump-ın seçilməsi ilə bu basqılar zəifləyə bilər. Amma Natiq Cəfərli də o fikirdədir ki, kimin seçilməsindən aslı olmayaraq, ABŞ-ın siyasətində ciddi dəyişiklik olmayacaq:

Müsavat Başqanı Arif Hacılı deyir ki, Donald Trump-un seçilməsi daha çox Azərbaycan hakimiyyətinə sərf edir. Onun fikrincə, gözlənilməz açıqlamaları, dini-irqi ayrıseçkilik və digər mübahisəli çıxışları ilə Donald Tramp hələ seçki kampaniyası zamanı qalmaqala səbəb olub. Arif Hacılı hesab edir ki, bütün bunlara baxmayaraq, ABŞ-da prezidentin fəalliyətini senat, konqres, hüquqi məhkəmə sistemi ilə tənizmləyəcək mexanizmlər var. Buna görə də ABŞ siyasətində ciddi dəyişiklik olmayacaq:

Milli Şuranın sədri Cəmil Həsənli yeni administrasiyadan gözləntiləri açıqlamaqda tələsmir. Deyir buna vaxt lazımdır. Amma bildirir ki, Donald Trump üçün biznes erası bitir və onun üçün yeni siyasi era başlayır. Cəmil Həsənlinin fikrincə, ABŞ-da siyasəti təkcə prezident müəyyənləşdirmir. Buna görə də ABŞ-ın siyasətində ciddi dəyişiklik gözləmir. Amma Avropa ilə bağlı narahatlıq ola bilər:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG