Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:29

Mərkəzi Bank yeni devalvasiya olacağını istisna etmir


Mərkəzi Bank
Mərkəzi Bank

-

Ölkə iqtisadiyyatının yenidən balanslaşdırılması, özəl investisiya və ixraca əsaslanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda dayanıqlı və çoxşaxəli iqtisadi artımın təmin edilməsi...

Bu hədəflər Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.

Sənəddə 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır.

«Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyuta məzənnələrində dəyişkənliyi artıra bilər. ABŞ-da monetar siyasətin sərtləşməsi, dünya əmtəə qiymətlərinin azalması inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaranacağını istisna etmir» - deyə MB öz mövqeyini ifadə edir.

XS
SM
MD
LG