Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Noyabrın 19-da Bakıda “qara bazar”da dollar ucuzlaşıb.

Turan-ın xəbərinə görə, əgər cümə axşamı və cümə günü Amerika valyutası 1,8250 manata alınıb, 1,8350 manata satılırdısa, şənbə günü bir dolları 1,78 manata alıb, 1,77 manata satmaq mümkün olub.

Müşahidəçilər hesab edirlər ki, bu həftə məzənnə artımı yüksək həddə çatıb və Amerika valyutasına tələbat azalıb.

Azərbaycan Mərkəzi Bank son iki gündə dolların manata nisbətən məzənnəsini stabil 1,7092 manat səviyyəsində saxlayıb.

Son həftə ərzində bir çox kommersiya bankı dollar və avro satışını ya məhdudlaşdırıb, ya da heç satmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG