Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Dünya ekspertləri deyirlər ki, ABŞ-ın bank faizlərini qaldırması başqa ölkələr üçün həm şad, həm də bəd xəbərdir

AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, ABŞ-ın bank faizlərini qaldırması başqa ölkələr üçün həm şad, həm də bəd xəbərdir.

ABŞ Federal Xəzinəsi və ya Federal Ehtiyatlar Sistemi (daha çox FED kimi tanınır) bank faizlərini son yeddi ildə ilk dəfədir ki, qaldırır. Nəticədə isə dollar güclənir. Bunun başqa ölkələr üçün bəd və ya xoş xəbər olmasına da elə dollar səbəbdir.

Dekabrın 16-dək ABŞ Mərkəzi Bankı faizləri 0 - 0,25 civarında saxlamışdı. Bu ona görə edilmişdi ki, maliyyə böhranı zamanı ucuz kreditlər bizneslərin və adi insanların əlindən tutsun və iqtisadiyyat böhranın girdabından çıxa bilsin.

İndi isə FED faizləri 0, 25- 0, 50 həddinə qaldırıb. Bu o deməkdir ki, ABŞ iqtisadiyyatının dirçəldiyi düşünülür. Yeni səviyyə, kreditləri bahalaşdırmaqla onu götürə bilənlərin sayını, inflyasiyaya səbəb olmayacaq həddə saxlamağa yardım edir.

ABŞ-ın son bank hərəkəti dünyanın müxtəlif nöqtələrində insanların vəziyyətinə müxtəlif şəkildə təsir edir.

Daha güclü ABŞ dolları

Bank faizlərinin artması təkcə o demək deyildir ki, indi banklar kreditləri daha baha satacaqlar. Bu, həm də o deməkdir ki, banklar pulu aldıqları subyektlərə - investorlara borcu daha yüksək faizlə qaytaracaqlar.

Bu həm də o deməkdir ki, ABŞ-ın hökumət bondları onları alanlara yüksək faizlə gəlir gətirəcək. Belə olduqda təbiidir ki, xarici investorlar ABŞ hökumətinin qiymətli kağızlarını, bondlarını almağa can atacaqlar. Bu isə öz növbəsində dolların məzənnəsini daha da qaldıracaq.

FED-in faiz elanının dərhal ardınca dollar yen və avroya nisbətdə məzənnədə müəyyən qədər qalxıb, çünki bu addın gözlənilirdi. Lakin dolların gələcəkdə də qalxmaqda davam edəcəyi gözlənilir.

Dolların qalxması neft ölkələri üçün pis xəbərdir

Dolların qalxması neft ölkələri üçün pis xəbərdir

Güclü dollar böyük borcları, xüsusilə də dollarla borcları olan ölkələr üçün çox pis xəbərdir. Onlar borclar üzrə ödənişləri etmək məqsədilə dollar almaq üçün öz milli valyutalarından daha çox xərcləməli olacaqlar. Bu, yeni layihələr üçün yeni kreditlər götürmək istəyən ölkələr üçün də yaxşı xəbər deyil.

Bundan sonra FED faizlərinin hansı sürətlə qalxacağı hələlik bilinmir, lakin ilkin artım kifayət qədər ləng sayıla bilər.

Londonda mənzillənmiş Capital Economics qrupunun inkişafda olan bazarlar eksperti William Jackson-un fikrincə, belə aşağı faiz artımı ilə FED gələcək illərdə faiz yüksəlilşin tədrici olacağına siqnal verir.

Buna baxmayaraq, dolların qiymətdə istənilən yüksəlişi xammal ixrac edən ölkələr üçün həyəcanlı vəziyyət yaradır. Söhbət xüsusilə də indi, neft də daxil xammal materiallarının kəskin ucuzlaşdığı vaxtdan gedir. Xammal ölkələri indi gəlirlərinin azalması ilə yanaşı, dollar almaq üçün daha çox pul xərcləməli olurlar.

Azalan xarici kapital

Təşəkkül tapmaqda olan iqtisadiyyatlar xarici investisiyaların artmasına möhtacdırlar. Lakin dollar faizinin artması o deməkdir ki, indi həmin xarici investorlar pullarını inkişaf etməkdə olan iqtisadiyyatlara yox, elə həmin Amerikaya yönəltməyə çalışacaqlar.

Bu proses investisiyaları riskli edən siyasi-iqtisadi şəraiti olan ölkələrə ikiqat mənfi təsir göstərəcək. Vəziyyət belədir ki, siyasi və iqtisadi riskləri olan ölkələr də elə əsasən xammal üzərində yaşayan ölkələrdir.

Bahalı idxal

Dollar gücləndikcə başqa ölkələrdəki istehlakçılar idxal olunmuş mallar üçün öz milli valyutaları ilə daha çox pul ödəməli olacaqlar. Bu, habelə daxili istehsal üçün xarici materiallardan istifadə edən şirkətlərə də aiddir.

Xammal ixrac edən ölkələrə gəldikdə isə, onların əksəriyyəti xammal qiymətlərinin qalxmaqda olduğu vaxtlarda ixracın genişləndirilməsinə o qədər aludə olublar ki, qeyri-xammal sahəsini çox az, ya da heç inkişaf etdirməyiblər. Belə ölkələr daxili istehlak üçün lazım olan əksər malları xaricdən idxal edirlər. İndi isə bu malların qiyməti xeyli yüksəlmiş olacaq.

Hər ziyanda bir xeyir…

ABŞ-ın faizləri artırması başqa ölkələrin iqtisadiyyatları üçün problemlər gətirsə də, müəyyən imkanlar da yaradır.

Dolların bahalaşması o deməkdir ki, indi ABŞ-ın ixrac etdiyi mallar da bahalaşacaq və potensial alıcılar həmin malları milli valyutaları zəif olan ölkələrdən almağa can atacaqlar. Bundan ilk növbədə Avropa və Asiya ölkələri fürsətlənəcəklər. Beləliklə, çox sayda yeni şirkətlər üçün ABŞ firmaları ilə rəqabət aparmaq bir qədər asanlaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG