Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

►Ekspertin fikrincə, dolların məzənnəsi 1 manat 65 qəpiyi aşa bilər

Dollar tarixi zirvəsinə doğru irəliləyir. Azərbaycan Mərkəzi Bankının (AMB-nin) avqustun 12-nə olan USD/AZN rəsmi məzənnəsi 1,6102 səviyyəsində müəyyənləşib. Bu gün – avqustun 11-də 1 dollar 1 manat 60 qəpiyi ötsə də, sabahkı məzənnədən aşağı olub.

Manatın 2-ci devalvasiyasından sonra dolların məzənnəsi bu il martın 11-də tarixi zirvəsinə ( 1 dollar=1.6456 azn) yüksəlmiş və sonra 1.4900 səviyyəsinədək geriləmişdi. Bu ilin mayındansa dollar manatla müqayisədə dəyərini artırmaqdadır. Təbii sual doğur: Dolların məzənnəsi martdakı zirvəni aşacaq?

Maliyyə bazarları eksperti Cəfər İbrahimlinin fikrincə, mövcud durum - dollara tələbatın artması nəzərə alınsa, rəsmi məzənnənin 1.6500-i təkrar sınayacağını düşünmək olar.

Azerbaijan - national currency devaluation

Azerbaijan - national currency devaluation

Buna da bax: Ə.Həsənov: 'Kredit qaytarmaq daha da çətinləşəcək'

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG