Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 15-də Dövlət Neft Fondunun da qatıldığı daha bir ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1.6954 məzənnəsi ilə başlayıb və 1.7024 məzənnəsi ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt dollar Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG