Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

Dolların banklarda 1.65 manata satıldığı deyilir


Dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə əlaqədar bankların da alış və satış kursunu qaldırdıqları bildirilir.

«Marja» xəbər verir ki, bu gün - avqustun 2-də dolları ən yüksək qiymətə alan «Bank of Baku»dur. «Bank of Baku»nun 1 ABŞ dollarını 1.63 manatdan aldığı, 1.6430 manatdan satdığı bildirilir.

Dolları ən yüksək qiymətə satan bankların isə «YapıKrediBank» (1.6517), «AGBank» (1.6510), «AccessBank» (1.6500), «AFBank»(1.6500) və «CDB Bank» (1.6500) olduğu deyilir.

Dolları ən aşağı qiymətə satan bankların isə «Naxçıvanbank» (1.63 manata) və «PAŞA Bank» (1.6370 manata) olduğu bildirilir.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, avqustun 2-də 1 ABŞ dolları 1.5883 manata bərabərdir.

Mövcud qaydalara görə, banklar rəsmi məzənnədən yalnız 4 faiz aşağı və ya yuxarı həddə valyuta mübadiləsi apara bilər.

XS
SM
MD
LG