-
Mərkəzi Bankı (MB) manatın avqustun 8-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Açıqlamada bildirilir ki, avqustun 8-də bir dollar 1,6005 manata bərabər olacaq.
Avqustun 5-də bir dollar 1,5980 manat olmuşdu.
Son aylar manat dollara nisbətdə tədricən dəyər itirir.
Hazırda ölkədə yenidən dollar qıtlığı yaşandığı bildirilir.
Mərkəzi Bankın İdarə Heyəti avqustun 8-dən uçot dərəcəsini 9.5 faiz səviyyəsinə qaldırıb.
Mərkəzi Bank bununla manata inamı gücləndirmək istəyir.
Son dəfə MB 2016-cı il martın 4-dən uçot dərəcəsini 5 faizdən 7 faizə qaldırmışdı.
Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”