Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:29

►Ekspertin fikrincə, bir-biriylə rəqabət aparan böyük dəllallar ordusu var

Əmlak məsələləri eksperti Rəşad Əliyev AzadlıqRadiosuna müsahibəsində əmlak bazarında devalvasiyasonrası durumdan danışır

- Dekabr devalvasiyası bazarda şok yaratsa da, nəticələr fevral devalvasiyasından daha yumşaq oldu. Sarsıntılar yalnız yanvarda hiss edildi, fevraldasa canlanma başlandı. Heç sözsüz, bu canlanma bazarın zirvə dönəmləriylə müqayisəyə gəlməz, üstəlik, səbəbi də bilindi: Bank sektorundakı böhran əmanətlərin bir hissəsini daşınmaz əmlak bazarına yönəltmişdi. Bazarda süni fəallaşma da bundan qaylaqlanmışdı. Martdan bəri fəallıq yenə azaldı və fevralla müqayisədə aşağı olsa da, hər halda yanvardan çoxdur.

- Dollarla ifadədə qiymətlər necə dəyişib?

- Dekabr devalvasiyası nəticəsində dollarla qiymətlər bütün seqmentlərdə birmənalı düşüb. Bu, normal haldır və devalvasiyanın mümkün nəticəsi kimi gözlənilirdi. Ancaq problem ondadır ki, seqmentlər üzrə qiymət enməsi eyni cür baş verməyib.

- Bəs manatla ifadədə?

- Dekabr devalvasiya nəticəsində manat 42 faizdən çox dəyər itirdi. Bu, bazara təsirsiz qala bilməzdi. İlk gündən bazarda qiymət artımına meyl başlandı. Seqmentlərin hamısında orta qiymət artmağa üz tutdu. Orta qiymət artımını belə anlamaq lazımdır ki, on obyektdən doqquzunun deyil, birinin qiyməti qalxır. Yəni orta qiymətin artımı bazarda bütün qiymətlərin artması demək deyil. Fevraldakı fəallıq qiymətləri yuxarı həddə saxlamağa kömək etdi. Martdakı düşüşsə cüzi qiymət enmələri doğurdu.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...
Qiyas İbrahimin anası: «O gətirdiklərini mənim yatağıma qoydular»

____________________________________________________________

- Qiymətlər nə qədər artıb?

- Bu, seqmentdən asılıdır. Məsələn, bəzi kommersiya obyektlərinin qiyməti manatla göstərilsə də, yenə dollar ekvivalentində müəyyənləşdirilir. Dəfələrlə rast gəlmişik ki, dekabr elanındakı qiymətə görə zəng edərkən, manatla başqa qiymət bildirirdilər. Səbəbini soruşanda, satıcı deyirdi ki, qiyməti dollara nisbətdə müəyyənləşdirir. Bakı üzrə kommersiya obyektləri seqmentini götürsək, bu halda birmənalı demək olar ki, orta qiymət artıb. Söhbət yenə də orta göstəricidən gedir. Yəni bu o demək deyil ki, əksər obyektlər bahalanıb. İlkin bazarı götürsək, orta qiymət artımını görəcəyik, çünki bəzi şirkətlər qiymətləri bahalandırmışdılar.

- Kəskin qiymət azalmalarına dəllal və araçı biznesmənlərin imkan verməməsi barədə fikirlər nə dərəcədə gerçəyə uyğundur?

- Bu, bir az ciddiyyətdən uzaq fikirlərdir. Ölkə üzrə 10 mindən çox obyekt var satışda. Hamısının satıcısı fərqli. Bir-biriylə rəqabət aparan böyük dəllal ordusu da var. Üstəlik, dəllallar-araçılar həmişə malın satılmasında maraqlıdırlar. Son vaxtlar Mənzil Tikinti Koperativlərini (MTK-ları) də qiymət artımında suçlayırlar. Axı tikinti şirkətləri ilkin bazardır. Bizdə təkrar bazar da var. Bunlar bir-birinə rəqabətli bazarlardır. Əgər MTK baha satsa, vətəndaş gedib evi təkrar bazardan alacaq. Yəni cüzi təsir olsa da, bu məsələ də yersiz şəkildə şişirdilir.

- İlin sonundan başlayaraq, sosial evlərin tikiləcəyi deyilir. Bu fakt bazara necə təsir göstərəcək?

- Bunun təsirindən ancaq gələcəkdə danışmaq mümkün olacaq, çünki həmin evlərin harada, necə və nə qədər tikiləcəyini, hansı şərtlərlə veriləcəyini bilmirik. Bu barədə hələ məlumat yoxdur.

- Qarşıdan spekulsiyalara açıq yay mövsümü gəlir. Alıcılara nə məslhıt görürüsünüz?

- Hazırda əmlak bazarı üçün həssas və “spekulyasiyalar” üçün münbit dövr yaxınlaşır. Bunun səbəbləri çoxdur. Onlardan biri neftin qiymətinin qalxmasıdır. Digər səbəb yay mövsümüdür ki, adətən bu dövr əmlak alınması üçün uyğun dövr hesab edilir. Digər səbəb qiymətlərin “dibdə” olması haqda mülahizələrdi ki, guya qiymətlər bundan sonra düşməyəcək. Nəyi necə etməyi alıcıların öz öhdəsinə buraxırıq, ancaq makroiqtisadi şərait yaxşılaşmasa əmlak bazarında durum müsbətə doğru getməyəcək. Təəssüflər olsun ki, son il yarımda daşınmaz əmlak bazarında qiymət tələsinə düşən çoxlu sayda alıcılar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG