Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 00:53

Dollar satışında limit azaldılıb


Avqustun 25-də Azərbaycan banklarında dollar qıtlığı davam edib. Bu, bankların dollar satışına qoyduğu limitdə özünü göstərib. AzadlıqRadiosu bir neçə bankda sorğu aparıb.

Limit, əsasən, 100-500 dollar arasında dəyişir.

«KapitalBank»dan bildirilib ki, hazırda bütün filiallarda satış aparılır, sadəcə olaraq, limit 100 dollar təşkil edir.

«XalqBank»dan isə deyiblər ki, satış limiti 500 dollardır.

Azərbaycan Beynəlxalq Bankında məhdudiyyət yoxdur. «Filialın kassalarında vəsait olduğu halda dəyişilir, məhdudiyyət yoxdur», – deyə bankdan bildirilib.

Buna da bax-'Dollar bahalanmaqda davam edəcək'

«AtaBank»da günə 500 manat ekvivalentində dollar dəyişmə imkanı var. «Rabitəbank»da isə gün ərzində maksimum 200 dollar almaq mümkündür.

«Bank Standard», «Bank VTB (Azərbaycan)», «Muğanbank» nağd dollar satışını dayandırıb.

Ötən il dekabrın 21-də ölkədəki devalvasiyadan sonra da eyni vəziyyət yaranmışdı. Ancaq bir müddət sonra bu problem aradan qalxmışdı.

Keçən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG