Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01

-

Parlamentdə dollar krediti olanlara dəstək məqsədilə xüsusi sənəd hazırlanır.

Bu haqda deputat Əli Məsimli məlumat verib.

«Report»un xəbərinə görə, deputat deyib ki, 2015-ci ildə iki şok devalvasiya olub:

«Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək qiymətləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərəfli xarakter daşıyır, problemlər əhalini üstünə atılır. Problemin belə həllini müsbət hesab etmirəm».

Əli Məsimli bildirib ki, problem əhalinin üstünə düşdüyündən bundan banklar da əziyyət çəkir:

«Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq. Həmin təkliflər aidiyyəti qurumlara təqdim olunacaq».

Ancaq deputat təkliflər haqqında ətraflı bilgi verməyib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Bu devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib.

Həmçinin izləyin - AzadlıqRadiosu Youtube kanalından izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG