Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Djukanovic-ə Əliyevin “mükafat”ından verdilər


Çernoqoriyanın baş naziri Milo Djukanovic

Çernoqoriyanın baş naziri Milo Djukanovic

Nüfuzlu beynəlxalq jurnalist təşkilatının “qiymətləndirməsində” sonrakı yerləri Əliyevin xanımı və uşaqları və Makedoniya lideri tutublar.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin “qiymətləndirməsində” sonrakı yerləri Əliyevin xanımı və uşaqları və Makedoniya lideri tutublar.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (Organised Crime and Corruption Reporting Project – OCCRP) 2015-ci il üçün “ilin adamı”nı elan edib.

Əliyevlər

Əliyevlər

OCCRP bu mükafatın “qeyri-vətəndaş” cəmiyyətinin yaradılmasında “xüsusi xidmətləri” olan liderlərə verdiyini bildirir.

Mükafatın builki qalibi Çernoqoriyanın baş naziri Milo Djukanovic olub.

“Onun həqiqi vəzifəsi Çernoqoriyanın baş naziridir. O öz karyerasının və ölkəsinin az qala 30 ili ərzində gah prezident, gah da baş nazir olub. O özünü ölkəsinin NATO-ya qoşulmasına nail olan və Avropa İttifaqı üzvlüyünə hazırlayan mütərəqqi, qərbyönü lider kimi təqdim etsə də, bütün dünyada ən “parlaq” kleptokratiyalardan birini və mütəşəkkil cinayətkarlıq “cənnət-məkanını” yaradıb” – deyilir təşkilatın mətbuat açıqlamasında.

Əliyevlər ailəsi

OCCRP bildirir ki, bu “mükafat” Çernoqoriya rəhbəri Milo Djukanovic-ə “ölkədə siyasi təqib mühiti, korrupsiya və çirkli pulların yuyulması içində boğulan iqtisadiyyat yaratdığına”, cinayətkarlıq, korrupsiya və qeyri-vətəndaş cəmiyyəti sahələrindəki “xidmətlərinə” görə verilib.

Layihənin redaktoru Drew Sullivan deyib ki, hələ indiyədək heç kəs Rusiya prezidenti Vladimir Putini çıxmaq şərtilə belə nailiyyətlər əldə edə bilməyib.

OCCRP: Azərbaycan prezidentinin qohumları ölkə iqtisadiyyatının böyük tikələrinə sahibləniblər və xalqa məxsus olan iqtisadiyyatı talayıblar

Mətbuat xülasəsində deyilir ki, “Avropanın son diktatoru” Djukanovic özünü, ailəsini və dostlarını zənginləşdirib, adi insanları isə yoxsulluq, ədalətsizlik və qanunsuzluğa düçar edib.

OCCRP-nin “İlin adamı” mükafatçısının müəyyən edilməsində layihəyə daxil olan 50-dən çox jurnalist iştirak edir.

Bundan əvvəlki mükafatçılar Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Rumıniya parlamenti olub.

Builki səsvermədə Djukanoviç-ə ən yaxın “nəticə”ni Azərbaycan prezidenti İlham Əliyevin xanımı və uşaqları, habelə Makedoniyanın baş naziri Nikola Gruevski göstəriblər.

“Azərbaycan prezidentinin qohumları ölkə iqtisadiyyatının böyük tikələrinə sahibləniblər və xalqa məxsus olan iqtisadiyyatı talayıblar” – deyilir mətbuat açıqlamasında.

Son bir neçə il ərzində OCCRP vəzifəli Azərbaycan rəsmilərinin, o cümlədən prezident Əliyev və onun ailə üzvlərinin biznes fəaliyyətləri barədə tənqidi araşdırmalar hazırlayıb.

Azərbaycan hökuməti bu kimi tənqidləri rəsmi Bakının “müstəqil xarici siyasətinə qarşı Qərbin təziyiqi” kimi rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG