Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:15

«Azərbaycanda dini radikalizmə qarşı mübarizə bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Amma heç bir ailə onun övladının dini radikalizmin təsirinə düşə biləcəyindən sığortalanmayıb».

APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunu Bakının Nizami rayon İcra Hakimiyyətində keçirilən toplantıda bildirib.

O, Azərbaycanın hər yerində dini radikalizmə qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb: «Dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar».

M.Qurbanlı dini radikalizmlə ideoloji, hüquq-mühafizə orqanları, iqtisadi vasitə ilə mübarizə aparıldığını bildirib. «Onlara imkan verilməməlidir ki, maliyyə vəsaiti əldə etsinlər və ondan gəncləri öz təsirləri altına almaq üçün istifadə etsinlər», - deyə komitə sədri bildirib.

O, cəmiyyətin, dövlət qurumlarının dini radikalizmə qarşı birgə mübarizə aparmalı olduğunu bəyan edib.

2011-ci ildən hökumət Azərbaycan vətəndaşı olan şəxsləri Suriyada qanunsuz hərbi birləşmələrdə iştiraka görə mühakimə etməyə başlayıb. İndiyə kimi 70-ə yaxın belə şəxs azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG